Monteneqro Milli muzeyi

Monteneqro Milli muzeyi (mont. Narodni muzej Crne Gore) Monteneqronun tarixi paytaxtı Çetinyedə yerləşir və müxtəlif mövzularda bir neçə muzeyi özündə birləşdirir. Ekskursiyalar monteneqro, ingilis, fransız, alman, italyan və rus dillərində təşkil edilir.

Monteneqro Milli muzeyi
mont. Narodni muzej Crne Gore
muzeyin binası
muzeyin binası
Xəritə
Əsası qoyulub 1976
Ölkə
Yerləşir Monteneqro, Çetinye şəhəri.
Direktor Pavle Pejoviç
Telefon +382 41 230 555
İş rejimi 9:00 — 17:00
Bilet 10 € (bütün muzeyə olan ekskursiya)
42°23′11″ şm. e. 18°55′30″ ş. u.
www.mnmuseum.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Monteneqronun tarix muzeyi

[redaktə | mənbəni redaktə et]

İncəsənət Muzeyi ilə birlikdə keçmiş hökumət binasında yerləşir. Monteneqronun slavyanlaşamaya qədərki, orta əsrlər, Monteneqronun təşkili (1796-1878), son dövrlər (1878-1916), Monteneqronun Yuqoslaviyanın tərkibində olduğu (1918-ci ildən) dövrləri əhatə edir.

Monteneqro etnoqrafiya muzeyi

[redaktə | mənbəni redaktə et]

Muzey 1951-ci ildə təşkil edilmişdir. Serbiyanın keçmiş səfirliyində yerləşir. Onun kolleksiyasına ərzaq, toxuculuq, geyim, silah, musiqi alətləri, eləcə də milli incəsənət nümunələri daxildir.

Monteneqro İncəsənət Muzeyi

[redaktə | mənbəni redaktə et]

Muzey 1850-ci ildə qurulmuşdur. İlkin olaraq Monteneqro şəkil qaleyası olaraq adlandırılırdı. Monteneqro Tarix Muzeyi ilə birlikdə keçmiş hökumət binasında yerləşir. Muzey beş hissədən ibarətdir: Yuqoslaviya xalqı kolleksiyası, ikona kolleksiyası, Monteneqro rəsmlərinin kolleksiyası, Milisa Sariç-Vukmanoviçin xatirə kolleksiyası, üzəri köçürülmüş divar fresklərinin nüsxəsi. Yuqoslaviyanın müxtəlif istiqamətləri və millətlərinin nümayəndələri tərəfindən XIX-XX əsrlərdə çəkilmiş rəsmlər əks olunur. Milisa Sariç-Vukmanoviçin kolleksiyasına Renar, Şaqal, Dali, Pikasso və digər sənətkarların əsərləri daxildir.

Kral Nikolas muzeyi

[redaktə | mənbəni redaktə et]

1926-cı ildən kral Nikolasın köhnə iqamətgahının binasında yerləşir. Muzey eksponatlarına şəkil kolleksiyaları, silahlar, kralın ailə üzvələrinin şəxsi əşyaları və digər qiymətli əşyalar daxildir.

Saray Pyotr II Petroviç-Neqoşun iqamətgahı kimi inşa edilmişdir. Bilyardın həyətində Monteneqroun bir relyef xəritəsi var.

Neqoşun böyüdüyü kənddə yerləşir. XIX əsrin əvvəllərinə aid olan kənd evi. Pyotr II Petropviç bu evdə doğulmuşdur.