Monteneqroda boşnaklar — ilk dəfə 2003-cü il siyahıyaalınması zamanı bir etnik qrup olaraq qeydə alınırlar. 2011-ci ilin son siyahıyaalmasına əsasən, Monteneqrodakı boşnakların ümumi sayı 53 605 nəfər olmuşdur. Bu isə onlar ümumi ölkə əhalinin 8,65% -ni təşkil etməsi deməkdir. Boşnaklar monteneqrolular və serblərdən sonra ölkədə üçüncü ən böyük etnik qrupdur.
Boşnaklar Monteneqronun şimalında, Sancak adlanan ərazisində yaşayırlar və dörd bələdiyyədə əhalinin əksəriyyətini təşkil edirlər: Rojae (83.91%), Petnisya (83.02%), Plav (56%) və Qusinye (42.64%).
Sancaq bosnaklarının üçdə ikisi Monteneqronun digər ərazilərindən gələnlərin nəsillləridir. İlk köç 1687-ci ildə Osmanlıların Boka-Kotorskanı itirməsi ilə başlayır. Tendensiya sonralarda davam edir. 1711-ci ildə Köhnə Monteneqrodan müsəlmanlar qətlə yetirilməsi səbəbindən Sancaq vilayətinə üz tuturlar. Müsəlmanların bura köç etməsini körüklüyən digər fakt isə provaslavların bbu vilayətdən Serbiya və Habsburqların nəzarətində olan bölgəyə köç etmələri ilə əlaqəli olur. Berlin anlaşmasına görə Monteneqro müstəqil dövlətə çevrilir. 1878-ci ildə sonra Nikşiçdə cəmi 18 boşnak ailəsi qalır. Kolaşin, Spuj, Qroxovo və digər şəhərlərdə bir dənədə olsun boşnak qalmır. Monteneqro ordusu 1912-ci ildə Osmanlılardan Cənubi Sancaq və Metoxiyanı aldıqdan sonra 12 000 boşnak və alban xristianlığa keçməyə məcbur edilir. 1913-cü ildə dinindən döndərilən əhalinin demək olar ki, hamısı (bir-iki ailə istisna) islama qayıdır. Son böyük millətlərarası toqquşma 1924-cü ildə Şahoviçi və Pavino-Pole kəndlərindəki qırğın zamanı baş verir. Monteneqrin kəndliləri bosniyalıların yerli Monteneqro qəhrəmanına saxta deməsindən sonra yüzlərlə Boşnak bəhanə edərək öldürülür.
Monteneqrodakı boşnakların əksəriyyəti 2006-cı ildə müstəqillik referendumu keçirilərkən Monteneqronun müstəqilliyini dəstəkləmişdilər.
Bu gün boşnakların əksəriyyəti əsasən sünni müsəlmanlardır[1]. Sünni müsəlmanların ən böyük və ən qədim fiqh məktəbi olan Hənəfi düşüncə məktəbinə tabe olurlar.