Monteriya (isp. Montería) — ölkənin şimalında yerləşən şəhər və bələdiyyədir. Kordova departamentinin inzibati mərkəzidir.
Monteriya | |
---|---|
Montería | |
8°45′36″ şm. e. 75°53′08″ q. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1 may 1777 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 18 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Digər | |
monteria.gov.co | |
Vikianbarda əlaqəli mediafayllar |
Monteriya 1777-ci ildə ispanyalı zabit Antoniyo DE La Torre Mirando tərəfindən əsası qoyulmuşdur. 1807-ci ildə kiçik bir şəhər, 1840-cı ildə rayonun mərkəzi, 1923-cü ildə isə bələdiyyə statusu verilir. 1952-ci ildə Kordova departamentinin inzibati mərkəzi elan edildi.
Şəhərin şimal hissədə, Sinu çayının hər iki sahilində, ölkənin paytaxtı Boqota şəhərdən təxminən 480 kilometr şimal-qərbdə bir məsafədə yerləşir. Mütləq hündürlük dəniz səviyyəsindən 24 metr yüksəkdir. Bələdiyyənin sahəsi 3141 km²-dir.
Kolumbiya Milli Statistik İdarəsinin məlumatlarına görə 2012-ci ildə şəhər və bələdiyyə əhalisinin sayı 422,175 nəfərə çatmışdır[2]. İllərə görə şəhər əhalisinin sitatistikası:
2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 |
378 970 | 384 937 | 390 996 | 397 113 | 403 280 | 409 476 | 415 796 | 422 175 |
2005-ci il əhalinin siyahıya alınmasına əsasən, şəhər əhalisinin 48,6%-i kişilər, qadınlar isə müvafiq olaraq 51,4% idi. İrqi ağ və metislər şəhərin əhalisinin 95,8%-ni, zəncilər 3,8%; hindilər 0,4%-ni təşkil etmişdir[3]. 15 yaşdan yuxarı əhali arasında oxuculuq nisbəti 89,4% təşkil etmişdir.