Moonshot əməliyyatı

Moonshot əməliyyatıİngiltərədə virusu nəzarətdə saxlamaqla birlikdə, eyni gündə böyük miqdarda insanı toplayaraq kütləvi test tətbiq etmək üçün hazırlanmış hökumət proqramı. British Medical Journal-a görə proqram 2021-ci ilə qədər gündə 10 milyon test tətbiq etməyi hədəfləyir.

Sızdırılmış bir hökumət sənədinə görə proqramın gəzlənilən dəyərinin 100 milyard funt sterlinq olması narahatlıq yaratmışdır. Çünki bu rəqəm İngiltərə Milli Səhiyyə Xidmətinin (ing. National Health ServiceNHS) ümumi illik dəyərinin təxminən dörddə üçü idi. Statistiklər istənilən testə xas olan qeyri-dəqiqlik nəzərə alınarsa, bu miqyasda aparılan kütləvi testlərin gündə yüz minlərlə yanlış pozitiv nəticəyə və nəticədə çox sayda insana yoluxmadıqları halda xəstəliyə yoluxduqları söylənəcəyi barədə xəbərdarlıq etmişdirlər.[1]

22 oktyabr 2020-ci ildə layihənin Dido Hardinq tərəfindən idarə olunan NHS Test və İzləmə proqramına "daxil edildiyi" bildirildi.[2] İngiltərə 2021-ci ilin aprel ayından etibarən ev dəstləri olaraq mövcud olan yanal axın testlərindən istifadə edərək kütləvi müayinəyə xüsusi əhəmiyyət verməyə davam edir.[3]

  1. Cox, David. "The big problem with Operation Moonshot? False positives". Wired UK. 12 September 2020. 13 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 August 2021 – www.wired.co.uk vasitəsilə.
  2. "£100bn budget for Covid Operation Moonshot dumped as project swallowed up by Test and Trace". 22 October 2020. 10 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 August 2021.
  3. "Mass testing for Covid could increase transmission – experts". 2021-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-10.