Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Abolisionizm (ing. abolitionism; lat. abolitio – "ləğv etmək", "məhv etmək") — Amerika Birləşmiş Ştatlarında və Latın Amerikasında XVIII–XIX əsrlərdə zənci köləliyinin ləğvi uğrunda ictimai hərəkat. Abolisionizm ideyası qısa zaman ərzində Böyük Britaniya, Kanada, Fransa və Rusiya kimi ölkələrdə də dəstək qazanmışdır. Amerika Birləşmiş Ştatlarında abolisionizm əsasən köləliyin ittihamı və ictimai fikrin onun əleyhinə yönəldilməsi təşkil edirdi. 1830-cu illərdə hərəkat şimal ştatlarında geniş vüsət almışdır. 1859-cu ildə Virciniya ştatında Con Braunun başçılığı ilə köləliyin ləğv edilməsi uğrunda üsyan başladı. ABŞ-də 1861–1865-ci illəri əhatə edən vətəndaş müharibəsi başa çatdıqdan sonra hüquqi cəhətdən köləlik ləğv edildi. Köləliyin ləğvində XVI ABŞ Prezidenti Avraam Linkolnun əhəmiyyətli rolu olmuşdur. Milli inkişafın tələbatından irəli gələn daha geniş ictimai-siyasi hərəkatların mühüm tərkib hissəsi kimi abolisionizm ümummilli məsələlərin həllinə təsir göstərmişdir.[1]