Morava qapısı (çex. Moravská brána, pol. Brama Morawska, alm. Mährische Pforte, slovak. Moravská brána) — Çexiyada, Sudet və Karpat dağlarının qolları arasında dağ keçidi. Uzunluğu təqribən 100 kilometr, eni isə 10–20 kilometr, maksimum hündürlüyü 310 metrdir. Morava qapısından Çexiyanın daxili rayonlarını Polşanın Yuxarı Sileziya sənaye rayonu ilə birləşdirən dəmiryol və avtomobil yolları çəkilmişdir.[1]