Mordoviya musiqisi — Rusiya tərkibindəki Mordoviyanın mokşa və erzyan xalqlarının instrumental yaradıcılığı.
Əkinçilik mahnıları (vesnyanka, kolyadka) mordva xalq yaradıcılığının qədim janrlarındandır. Xalq mahnılarına çoxsəslilik xasdır. Əsas məqamı pentanonikadır. Musiqi alətləri: tütək (nudi), skripka (karze), pila, qarmon, balalayka, gitara, bayan aiddir. Mordoviya professional musiqisi 1930-cu illərdən inkişa etməyə başlamışdır. Bəstəkarlardan L. Kiryukov, L. Voinov, Q. Bdovin və Q. Surayev-Korolyovun milli musiqinin inkişafına böyük xidmətləri var. Mordoviyada müğənnilərdən İ. Yaxşev, R. Bespalova, M. Antonova, V. Kiuşkin və başqaları tanınmışlar. Mordoviyada opera və balet teatrı, filarmoniya, "Umarina" mahnı və rəqs ansamblı, musiqi məktəbləri və s. fəaliyyət göstərir.[1]