Mordovya Arena – Rusiyanın şəhəri Saranskda yerləşən, 2018 FİFA Dünya Kuboku üçün tikilən stadiondur. Mordovya Saransk klubu da öz ev oyunlarını burada keçirir. Stadion Mordovyanın əvvəllər ev oyunlarını oynadığı Start Arenanı da əvəzləmişdir. Tamaşaçı tutumu 43958 nəfərdir. Təsislərin ümumi sahəsi 122700 m²-dir.
Mordovya Arena | |
---|---|
Yeri | Saransk, Mordoviya, Rusiya |
Təməli qoyulub | 2010 |
Tikilib | 2018 |
Açılış tarixi | 21 aprel 2018 |
Tikinti xərcləri | 300 milyon $ |
Memar | SaranskGrazhdanProekt |
Sahibi | Mordoviya |
Tamaşaçı tutumu |
43958 (rəsmən)[1] 41685 (2018 FİFA Dünya Kuboku) |
Ev sahibi komanda | Mordovya Saransk FK |
Meydançanın ölçüləri | 105 x 68 m |
Vikianbarda əlaqəli mediafayllar |
Arena şəhərin mərkəzi hissəsində yerləşir və əsas infrastrukturuna yaxın məsafədədir. Stadionun dizaynı Mordva xalqının qədim mifologiyasındakı əsas obrazı olan günəşin təsvirinə əsaslanır.[2] Mundialdan sonra stadionun Saransk və Mordoviyanın ən böyük idman və asudə mərkəzi olacağı gözlənilir.[3]
Saranskda yeni bir stadionun tikilmə qərarı Rusiyanın mundiala ev sahibliyi edəcəyinin təsdiqlənməmişdən əvvəl alınmışdı. Stadion 2010 ilə 2012-ci illər arasında inşa edilməliydi və iki önəmli tədbirə ev sahibliyi etməliydi: Spartakiada və Mordoviya xalqı ilə rus dövləti xalqları arasındakı minillik yubiley.[4] Sport-Engineering şirkəti stadionu planlaşdırılan şirkət oldu. Stadionda ilk rəsmi matç 21 aprel 2018-ci ildə oynandı.
2017-ci ilin sonunda stadionun dizayn görünüşü tamamlandı. Ətrafı gözəlləşdirildi, qapalı binaların, ictimai-iaşə obyektlərinin tikintisi, stadion içindəki liftlər quraşdırıldı. Bundan əlavə, stadionun tikintisi müxtəlif şəhərsalma problemlərini həll etməyə də imkan verdi: yeni park salındı, İnsar çayının bazisi düzəldildi və yaşayış ərazisinin şəhərin mərkəzi ilə əlaqəsi yaradıldı. Sahədə rekreasiya obyektləri tikildi, ictimai və asudə vaxt üçün festivalların keçirilməsi barədə şərait yaradıldı.[5]
Stadion Saranskın mərkəzi hissəsində, İnsar çayının şərq sahilində yerləşir. Stadiona maşınla, ictimai nəqliyyatla, xüsusilə də aeroportdan, dəmiryol stansiyasından xidməti avtobuslarla getmək olar. Önəmli otellər, fan zone və gəzməli-görməli yerlər də stadionun yaxınlığında yerləşir. Stadion Volqoqradskaya küçəsi və 21-ci əsrin ilk onilliyində yaradılmış Yubileniy mikrorayonu (rus. Микрорайон Юбилейный) ilə əhatə olunur. Stadionun yerləşdiyi ərazi həm də 1958-ci ildə yaradılmış köhnə Posop kəndinin ərazisində yerləşir. 2010-cu ilin sonunda stadionun üçün yer açmaq məqsədi ilə meşəlik və benzin stansiyası dağıdıldı. Bundan əlavə, avto-təmir mərkəzi və 14 taxta mənzil söküldü.[6][7] Mənzil sahiblərinə xeyli təzminat verildi.
FİFAya stadionla bağlı təklif ediləndə, Saranskda alman arxitektor Tim Hupenin yaratdığı müvəqqəti layihə nümayiş etdirilmişdi (Layihə Cənubi Afrika Respublikasındakı FNB Stadionunun layihəsindən götürülmüşdü). Stadionun tikintisini "Saransk Grazhdan Proekt" şirkəti öz üzərinə götürmüşdü. Stadion qazan formasında tikilmişdir və oturacaqları xaricindəki fasad kimi narıncı rəngdədir. Tamaşaçı tutumu 43958 nəfərdir. Stadionun iki yeraltı mərtəbəsi və beş yerüstü mərtəbəsi var. Stadionun otu Kanadadan gətirilib və ot altdan isitmə sistemləri ilə təchiz olunub.
Son mərtəbə olan beşinci mərtəbənin tikintisi 2015-ci ilin dekabrında başlandı.[8]
Divarlar və dam günəş rəngli perforasiya olunmuş metal panellərdən hazırlanmışdır. Bu istiqanlılığı və qonaqpərvərliyi təmsil edir. Sinklənmiş dam təməli yuxarıdan qoyulan izolyasiya və membran örtükləri olan profilli təbəqələrdən hazırlanır.[9]
Stadionun inşası 2018-ci ilin aprel ayında tamamlandı.[10]
Matça gedən tamaşaçılara aşağıdakıları bilmələri tövsiyə olunur:[11]
Tarix | Saat | Komanda #1 | Nəticə | Komanda #2 | Mərhələ | Tamaşaçı sayı |
---|---|---|---|---|---|---|
16 iyun 2018 | 19:00 | Peru | 0–1 | Danimarka | C qrupu | 40502[12] |
19 iyun 2018 | 15:00 | Kolumbiya | 1–2 | Yaponiya | H qrupu | 40842[13] |
25 iyun 2018 | 21:00 | İran | 1–1 | Portuqaliya | B qrupu | 41685[14] |
28 iyun 2018 | 21:00 | Panama | 1–2 | Tunis | G qrupu | 37168[15] |