Portuqaliya milli futbol komandası

Portuqaliya milli futbol komandasıPortuqaliyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.

Portuqaliya milli futbol komandası
AssosiasiyaPortuqaliya Futbol Federasiyası
KonfederasiyaUEFA (Avropa)
Baş məşqçiRoberto Martínez
KapitanKriştiano Ronaldo
Ən çox oyun keçirənKriştiano Ronaldo (158)
Ən çox qol vuranKriştiano Ronaldo (88)
Ev forması
Səfər forması
2018

Portuqaliya yığması ilk oyununu 18 dekabr 1921-ci ildə İspaniyaya qarşı keçirib və 1:3 hesabı ilə məğlub olub. 1928-ci ildə ilk dəfə Yay Olimpiya Oyunlarına dəvət alıb və iki il sonra Dünya çempionatına qatılıb.

Portuqaliya ilk dəfə Dünya çempionatının final mərhələsinə 1966-cı ildə qatılıb və uğur qazanıb. Qrup mərhələsində Macarıstan, Bolqarıstan və Braziliyanı yeni lider olan portuqallar 1–4 finalda Şimali Koreyanı sıradan çıxarıb, yarımfinalda İngiltərəyə uduzub. Üçüncü yer uğurunda SSRİ-ni yenən portuqallar dünya üçüncüsü ünvanına sahib çıxıb.

DÇ-1970, DÇ-1974, DÇ-1978 və DÇ-1982-dən kənarda qalan Portuqaliya 1986-cı ildə yenidən dünya birinciliyinə vəsiqə qazanıb. Lakin qrup mərhələsində Polşa, Mərakeş və İngiltərəyə uduzaraq uğursuzluqla üzləşib.

Növbəti üç Dünya çempionatını kənardan izləyən Portuqaliya 2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən mundiala vəsiqə əldə edib. Amma bu dəfə də mübarizə qrup mərhələsində dayanıb. ABŞ və Cənubi Koreyaya uduzan rəqiblərimiz yalnız Polşanı üstələyə bilib ki, bu da üçüncülük üçün kifayət edib.

Komanda DÇ-2006-da mübarizəni üçüncü yer uğrunda oyunadək davam etdirib. Qrupda Anqola, İran və Meksikaya qalib gələn Portuqaliya 1/8 finalda Holandiyanı, 1/4-də İngiltərəni mübarizədən kənarlaşdırıb və yarımfinalda Fransaya uduzub. üçüncü yer uğrunda isə oyunda almanlara yenilən Luis Felipe Skolarinin yetirmələri bürünc medala sahib çıxa bilməyib.

Ötən il CAR-da keçirilən dünya birinciliyində portuqaliyalıların yolu 1/16 finalda kəsilib. Qrupda Braziliya və Kote-D`İvuarla sülh bağlayıb, Şimali Koreyanı 7:0 hesabı ilə darmadağın edən komandanın yolunu 1/16 finalda dünya çempionu İspaniya kəsib.

Portuqaliya Avropa çempionatına ilk dəfə 1986-cı ildə vəsiqə qazanıb. Qrup mərhələsində Qərbi Almaniya və İspaniya ilə sülh bağlayan rəqibimiz Rumıniyanı məğlub edib. Lakin yarımfinalda sonrakı çempion Fransaya uduzaraq üçüncülüklü kifayətlənib. AVRO-1996-nın qrup mərhələsində Türkiyə və Xorvatiyanı udub, Danimarka ilə sülh bağlayan portuqallar 1/4 finalda Çexiyaya boyun əyib.

Onlar 2000-ci ildəki qitə birinciliyində yenidən bürünc medallara sahib çıxıb. Qrupda İngiltərə, Rumıniya və Almaniyanı yenən rəqibimiz 1/4 finalda Türkiyəni sıradan çıxarsa da, ardınca sonrakı çempion Fransaya yenilmişdi.

AVRO-2004-də ev sahibi qismində çıxış edən Portuqaliya ilə dəfə böyük turnirin finalına çıxıb. Qrupda Yunanıstana uduzub, Rusiya və İspaniyanı udan portuqallar 1/4 finalda İngiltərə, yarımfinalda Hollandiyadan üstün olmuqşdu. Lakin finalda turnir ərzində ikinci dəfə Yunanıstana yenilərək qızıl medallardan əlini üzmüşdü.

Sonuncu — 2008-ci ildə keçirilən Avropa çempionatında rəqibmiz 1/4 finaladək irəliləyə bilib. Qrupda TürkiyəÇexiyaya qalib gələn komanda İsveçrəyə uduzub. Ardınca isə Almaniya onlara qənim kəsilib.

Portuqalya AVRO-2012-nin seçmə mərhələsində 5 oyun keçirib və 3 qələbə qazanıb. 1 oyunda heç-heçə edib, 1 dəfə məğlub olan rəqibmiz Norveç və Danimarka ilə birlikdə 10 xalla qrupa liderlik edir.

Portuqaliya yığmasına hazırda Paulo Bento başçılıq edir. 42 yaşlı mütəxəssis 2004-cü ildən məşqçilik edir. 1992–2002-ci illərdə yığmada oynamış Paulo 2004–2005-də "Sportinq"də məşqçi, 2005–2009-cu illərdə baş məşqçi olub və 2010-cu ildən yığmanı çalışdırır.

Portuqaliya ev oyunlarını "Estadio Nacional" stadionunda keçirir. 1939-cu ildə əsası qoyulan arena 37,593 azarkeş tutur.

Rəqibimiz hazırda FİFA-nın reytinq cədvəlində 1076 xalla 7-ci pillədə qərarlaşıb. Ən yaxşı nəticəsin 2008-ci ilin iyununda 2-ci olmaqla imza atan portuqalların ən pis nəticəsi 1962-ci ilin noyabrında qeydə alınıb — 45-ci yer.

Portuqaliyanın heyətində dünyanın iki ən məşhur uluduzundan biri — "Real Madrid FK"nın oyunçusu, 96 milyon dollarlıq transfer qiyməti ilə dünyanın ən bahalı futbolçusu seçilən Kriştiano Ronaldo forma geyinir. Bundan başqa "Real"dan Pepe, Fabio Koentrao, Rikardo Karvalyo, "Çelsi"dən Raul Meyreleş, "Mançester Yunayted FK"dan Nani, "Beşiktaş PFK "dan Hüqo Almeyda, "Portu", "Sportinq", "Benfika", "Tuluza" və bir sıra tanınmış klubların futbolçuları Portuqaliya yığmasının üzvüdü.

Portuqaliya yığmasında ən çox forma geyinən Luis Fiqodu. "Real"ın sabiq ulduzu 1991–2006-cı illərdə 127 dəfə yığma formasını geyinib və 32 qola imza atıb. Kriştiano Ronaldo 2003-cü ildə debüt etdiyi millidə indiyədək 81 oyun keçirərək 26 qola imza atıb. Bundan başqa ən çox oyun keçirənlərin onluğunda Fernando Kouto, Rui Koşta, Pauleta, Simao, Joao Pinto, Vitor Baya, Rikardo və Nuno Qomeş də var.

Portuqaliya yığmasında ən çox qol vuran oyunçu Ronaldodur. 38 yaşlı hücumçu 118 qola imza atıb. Bundan başqa ilk onluqda Eusebio, Luis Fiqo, Nuno Qomeş, Rui Koşta, Joao Pinto, Nene, Simao və Rui Jordao yer alıb.