Moreno

Cekob Levi Moreno (18 may 1889, Buxarest- 14 may 1974, Nyu-York) — rumın mənşəli amerikalı sosioloqpsixoloq, sosiometriyanın və sosioterapevtik vasitə olan qrup psixoterapiyasının (psixodram metodu) yaradıcısı.

CEKOB MORENO
Cekob Levi Moreno
Moreno mit bueste.gif
Moreno mit bueste.gif
Doğum tarixi
Doğum yeri Buxarest, Rumıniya
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri Nyu York, ABŞ
Təhsili
Fəaliyyəti psixiatr, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, Buxarestdə anadan olmuş , beş yaşı olanda ailəsi ilə Vyanaya köçmüş və burada oxumağa başlamış , orta təhsilini isə Almaniyada bitirmişdir. Ali təhsilini Vyana universitetində almış, əvvəlcə fəlsəfəni, sonra isə tibbi öyrənmişdir.1915-ci-ildən 1917-ci-ilə qədər o, Mittendorfda (Avstriya) qaçqınlar düşərgəsinin həkimi və komendantı olmuşdur. Məhz burada o, sağlam cəmiyyətdə şəxsiyyətlərarası münasibətlərin əhəmiyyətli olması barədə özünün ilkin müşahidələrini aparmışdır.1918-ci ildən 1925-ci ilədək Moreno psixiatriya təcrübəsi ilə məşğul olmuşdur.[1] Bu müddətdə onun ilk elmi işləri alman dilində yazılmış və dərc edilmişdir. Elə bu dövrdə o, gənc müəlliflərin , xüsusilə Martin Buberin çap olunduğu "Daymon" jurnalını nəşr etdirir.

1925-ci ildə Moreno Nyu York şəhərinə köçdü. Burada psixiatr kimi işləyirdi və psixodramatika ilə davam etdirdi. O, Sİng Sing kimi məktəblərdə ə cəzaçəkmə müəssələrində qrup terapiyası təqdim etdi və onun tədqiqatlarının nəticələrini 1934-cü ildə nəşr olunan "Who Shall Survive?: Foundations of Sociometry, Group Psychotherapy, and Sociodrama" adlı kitabını tərtib etdi. 1936–1968-ci illər arasında tam vəzifəli həkim olaraq işlədi.[2]

1926-cı ildə Bitrik Bicerlə evlənən Morinonun 1938-ci ildə onundan boşandı. 1939-cu ildə əvvəllərində bitmiş evlilikdən Reqiya adlı bir uşağ dünyaya gəlmişdir. 1949-cu ildə Zerka Teomanla ailə quran Morenonun 1952-ci ildə oğlu Conatan Moreno doğulmuşdur.[3]

Pedoqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

O, pedaqoji fəaliyyətnə Kolumbiya universitetində başlamış , 1937-ci ildən etibarən yeni sosial tədqiqatlar məktəbində, daha sonra isə Müəllim kollecində davam etmişdir. O, 1951-ci ilədən 1966-cı ilə qədər Nyu-York universitetinin humanitar və təbiət elmlər üzrə aspirantlar məktəbinin sosiologiya departamentinin adyukt-professoru olmuşdur.[4]

Elmi Fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Sorbonnada Morenonun mühazirələrindən sonra Corc Qurviçin rəhbərliyi altında Sosioloji institut açıldı.1954-cü ildə ABŞ –ın dövlət departamentinin dəvətlə o, Qərbi Almaniya universitetlərinə mühazirə turnesi etdi. Avropanın ali məktəblərinə analoji turnerləri o, YUNESCO-nun xahişilə yerinə yetirdi. Norveç, İsveçrə, Avstriya, İtaliya, İspaniya, Çexoslovakiya , Macarıstan , SSRİ, Yunanıstan , Yuqoslaviya, Türkiyə, İsrail-onun öz mühazirə kurslarını müvəffəqiyyətlə oxuduğu ölkələr sırasındadır. Dünyada öz ideyalarının 1954–1960-cı illərdə daha fəal surətdə geniş yayılmasını Moreno "üçüncü psixiatrik inqilab " adlandırırdı və bunun əsas xüsusiyyəti kimi qrupun eyni zamanda həm həkim, həm də xəstə (pasiyent) olduğunu göstərirdi. 1911-ci ildə hələ ali tibb məktəbinin tələbəsi olarkən və Vyananın uşaq bağçalarında uşaqların oyunlarını müşahidə edərkən o, özünün psixodramatik yanaşmasını formalaşdırmağa başladı. O, tərbiyəçi olub, uşaqlara nağıllar danışırdı. Onun ətrafına toplanmış uşaqlar söylənilən nağılların məzmununa spontan reaksiya verirdilər. Bu cür qarşılıqlı təsirin inkişafı nəticəsində onlarda düşmənçilik hissləri azalır və yaradıcılıq təzahürləri yüksəlirdi. 1921-ci ildə Moreno "Spontanlıq teatrı "nın (Stegreiftheater) əsasını qoydu ki , bu da vyanalıların eksperimental teatra o vaxtki maraqlarını qismən əks etdirirdi. Bu teatrda o, səhnəyə çıxır və auditoriya ilə aktual qazet xəbərlərini müzakirə edərək onu qızışdırırdı. Əvvəlcə aktyorlar, sonra tamaşaçılar bu hadisələri səhnələşdirir, ardınca isə tamaşadan sonrakı diskussiya başlayırdı. O, aşkar etdi ki, adi teatrdan fərqli olaraq onun aktyorları fəaliyyət göstərdikləri zaman da, tamaşanın müzakirəsindən sonra da real həyat şəraitlərindən fəaliyyət göstərərkən yüngülləşmiş, rahatlıq, şəxsi təzyiqlərdən və ağrılardan azadolma hisləri keçirmişlər.[5]

Son iyirmi il ərzində 1953-cü ilə kimi Moreno əsasən sosiometriya ilə psixoloji dramın əsas anlayışları və metodlarının sonradan işlənməsi ilə məşğul olurdu. O, 1936-cı ildə Bikonda , Nyu-Yorkda şəxsi sanatoriyanı yaratmış ,1940-cı ildə isə Psixodramik institutun əsasını qoymuşdur.

Sosial elmlərin beynəlxalq ensiklopediyasının qiymətlərinə müvafiq olaraq "Moreno vo onun şagirdləri artıq 70-ci illərin ortalarında əsasən ABŞ-də psixodram üzrə təqribən 15 min nəfər təcrübəli mütəxəssislər hazırlamışdır". Bu gün ABŞ-də 23 instut və digər ölkələrdə də onun metodikaları əsasında fəaliyyət göstərən 11 institut mövcuddur. Psixodram və sosiometriya üzrə üniversitet kursları ABŞ-nin 14 və digər ölkələrinin ən azı 12 ali məktəbində oxunur.

Morenonun 300 — dən çox elmi məqaləsi və 10 –a qədər elmi məcmuələri mövcuddur, o cümlədən "Daymon ","İmpromptyu", " Sosioatriya", "Qrupşəkilli psixoterapiya və psixoloji dram". O, 1956-cı ildə "Sosiometriya ilə sosiatriyanın beynəlxalq dərgisi " nin əsasını qoymuşdur.

Kolumbiya məktəbinin görkəmli təşkilatçısı, ona dünya şöhrəti gətirən Paul Lazarsfeld olmuşdur[6]

Psixodrammanın baza elementləri

[redaktə | mənbəni redaktə et]

Qrup psixoterapiyası metodu kimi psixodramın "klassik" formasını yaradarkən Moreno onun beş baza elementini müəyyən etmişdir. Bunlar aşağıdakılardır:

1)protaqonist-səhnədə öz yaşayış şəraitini əks etdirən insandır;

2)direktor- adətən sessiyanı aparan, yaxşı hazırlıq keçmiş psixodramaturqdur;

3)əlavə Mənlər — protaqonist üçün onun bir hissəsi olan digər insanların oynadığı rollar, obyektlər və ya simvollar;

4)auditoriya – ilkin məşğələdə və ya sessiyanın başa çatmasında iştirak edən əlavə iştirakçıların arasında seçilən iştirakçılardır;

5)protaqonistin dünyasını, reallığı və ya fəaliyyət sahəsidir (Moreno 1922-ci ildə bu məqsədlər üçün üçmərtəbəli fırlanan səhnəni kəşf etmişdir)[7]

Psixoloji dramda əsas etibarilə rolların digər rollarda əvəz olunması vasitəsilə çoxlu sayda texniki üsüllardan və prosedurlardan istifadə olunsa da, protaqonist emosional katarsisə , daha sonra katarsis vasitəsiılə inteqrasiyanın yeni üfüqlərinə çatır. Dramın final sahələrində protaqonistə zəruri davranış tərzlərinə yiyələnmə təcrübəsi, rolların öyrənilməsi və ya özünün ideal vəziyyətdə hiss etmək imkanı təqdim olunur . Morenoya görə bu prosedurlar insanlara "real gerçəkliyi" yaratmaq üçün həqiqi reallığın hüdudlarından kənara çıxmağa imkan verir. O, sosioloji dramı qruplararsı qarşılıqlı münasibətlərə və kollektiv idealogiyalara aidiyyəti olan mükəmməl hərəkətlər metodu kimi təyin edirdi. Psixoloji dramda əsas vurğu fərdə qoyulduğu təqdirdə qrup sosioloji dramın həqiqi subyekti kimi çıxış edir. Sosioloji dramın yanaşma üsulunun əsasını insanların rolların icraçıları kimi çıxış etmələri və hər bir mədəniyyətin müəyyən rolların məcmusu ilə xarakteriza olunması təşkil edir. Sosial – dramatik yanaşma üsulu rol münaqişələrindən doğan sosial problemlərlə bağlıdır, sosioloji dramın məqsədini isə sosial katarsisə nail olma müəyyən edir . Sosioloji dram metodlarına və əsas prosedurlarına görə psixoloji drama daha çox oxşardır.[8]

Morenonun kəşfi

[redaktə | mənbəni redaktə et]

1925-ci ildə Moreno kəşf etdiyi elektrik maqnitli səsyazan tətbiqi üçün ABŞ- təşrif buyurur. Bu, efir versiyaları üçün səslərin disklərə yazılması məqsədilə hazırlanan radiofilm idi. O, 1925-ci ildən 1927-ci ilə qədər öz kəşfi üzərində apardığı işi Ohayda davam etdirmiş, psixiatriya təcrübəsinə başlamış və bir sıra müəssələrdə psixoloji dram metodunu tətbiq etmişdir. O, ABŞ-də "öz-özünə yaranan tamaşanın" –"canlı qəzetin" yeni versiyasını yaratmışdır. Tamaşalar 1923–1931-ci illərdə məşhur "Kalneqi-xollda " göstərilirdi. Öz-özünə yaranma və yaradıcılıq haqqında ideyaları onun "Psixoloji dramının" birinci cildində təsvir olunmuşdur (1946–1969). Onun ən ciddi Amerika qazamatı olan Sinq-Sinqdə apardığı sosiometrik ölçülərə dair işlər seriyasının əməli nəticəsi kimi tamamlanmış işlərin təsnifatının qrupşəkilli metoduna dair bir neçə monoqrafiyaları olmuşdur. Bu işləri ilk dəfə olaraq "Qrupşəkilli psixoloji terapiyaya dair ilk kitab"ında dərc olunmuşdur(1932).[9]

  1. Marineau, René F. (1989). "Ancestors and family: the birth of a myth". Jacob Levy Moreno, 1889–1974: father of psychodrama, sociometry, and group psychotherapy. Routledge. pp. 4–6. ISBN 978-0-415-04383-0.
  2. Amar, Nadine. (2005). Jacob L. Moreno. International Dictionary of Psychoanalysis. Retrieved from http://www.gale.cengage.com/InContext/bio.htm
  3.  Jacob Moreno Arxivləşdirilib 2017-11-12 at the Wayback Machine from American National Biography
  4. The Autobiography of J. L. Moreno, M. D. (Abridged), J. L. Moreno, Moreno Archives, Harvard University, 1985.
  5. Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 368
  6. Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 372
  7. Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 369
  8. Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 370
  9.  Jacob Moreno Arxivləşdirilib 2017-11-12 at the Wayback Machine from American National Biography; Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 371