Paul Lazarsfeld

Paul Feliks Lazarsfeld (13 fevral 1901[1][2][…], Vyana[3]30 avqust 1976[1][2][…], Nyu-York, Nyu-York ştatı[3]) — sosiologiyada riyazi metodların inkişafına öz əhəmiyyətli töhfəsini vermiş Avstriya-amerika sosioloqu.

Pol Lazarsfeld
alm. Paul Felix Lazarsfeld
Doğum tarixi 13 fevral 1901(1901-02-13)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 30 avqust 1976(1976-08-30)[1][2][…] (75 yaşında)
Vəfat yeri
İş yerləri
Təhsili
Üzvlüyü

Lazarsfeld Vyanada Yəhudi ailəsində doğulmuşdur: anası Sofi Lazarsfeld terapist, psixologiyanı Alferd Adlerdən öyrənmişdir, atası Robert isə hüquqşünas idi. O ilk təhsilini Vyanada riyaziyyat üzrə almış, 1920-ci illərdə isə Otto Neurat və Rudolf Karnapdan fəlsəfə təhsili almışdı. 1926-cı ildə sosioloq Mariya Yahoda ilə evlənmişdir.[4]

Lazarsfeld bütün həyatı boyu üç dəfə evli olmuşdur: Mariya Yaqoda , Gerta Hersoq və Patrisiya Kendall – onların hər biri onun tələbələri , daha sonra isə əməkdaşları olmuş və hər üçü görkəmli ictimaiyyətşünas kimi məşhurluq qazanmışdırlar.

Təhsili və Peşə fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Paul Vyana universitetində riyaziyyatçı və psixoloq təhsili almış , burada 1925-ci ildə tətbiqi riyaziyyat üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. Bundan sonra o, kollecdə dərs demiş , daha sonra isə 1929-cu ildə tətbiqi sosial tədqiqatlar institutunun əsasını qoymuş, burada empirik tədqiqatlar metodikası və texnikasının işlənib hazırlanması ilə məşğul olmuşdur. O, 1929-cu ildən 1933-cü ilə qədər Vyana universitetində tətbiqi sosiologiya fənnini tədris etmişdir. Bu zaman onun elmi tədqiqatlarının əsas predmetini müxtəlif məsələlərin və problemlərin həllində sosiologiyanın tətbiqi təşkil edir. Lazarsfeld 1940-cı ildən 1969-cu ildə təqaüdə çıxana qədər Kolumbiya universiteti ilə bağlı olmuşdur. 1962-ci ildən sonra burada R. Mertonun təklifinə əsasən onun üçün xüsusi olaraq yaradılan A. Ketle adına kafedraya rəhbərlik etmişdir. Lazarsfeld Adolf Ketleni empirik sosial tədqiqatın yaradıcısı hesab edirdi. O, müəllimlik peşəsindən ayrılmayaraq təqaüdə çıxdıqdan sonra da demək olar , hər həftə Peterburq universitetində məruzə oxuyurdu. Burada o, Ketle ilə görüşərək söhbətlər aparırdı və ömrünün sonuna qədər sosial elmlərin fəxri professoru olaraq qalırdı.[5]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Onun psixologiya sahəsindəki tədqiqat işləri Vyanada işləyən Karl və Şarlotta Büller kimi alman alimlərinin rəhbərliyi altında başlanmışdır. Lazarsfeld sondakı elmi işində şəxsi tədqiqat institutunu yaratmasının səbəblərini belə izah etmişdir: "Mühazirə aparan inqilab iqtisadiyyata ehtiyac duyur (Marks) , qalib gəlmiş inqilab mühəndislərə ehtiyac duyur (Rusiya), uduzan inqilab və psixologiyaya müraciət edir (Vyana)". İnstitut şurasının prezidenti K. Büller oldu. Şura əsas etibarilə görkəmli vətəndaşlardan təşkil olunmuşdur. Lazarsfeld tədqiqat işləri üzrə müdir vəzifəsində çalışırdı. İnstitutda onlarala layihə realizə olunmuşdu. Bu, başlıca olaraq işgüzar şirkətlərin , həmkarlar ittifaqlarının və şəhər hakimiyyət orqanlarının sifarişləri əsasında həyata keçirilirdi. Sonralar Lazarsfeld ABŞ-də daha üç institut yaratdı: Nyuark universitetinin tədqiqat mərkəzi , Prinstonda radio tədqiqatları bürosu və nəhayət , Kolumbiya universitetində tətbiqi sosial tədqiqatları bürosu. Lazarsfeld daha sanballı tədqiqatı ailəvi dostu olan , sosial-demokrat partiyasının lideri Otto Bauerin məsləhətinə əsasən Vyana institutunda işləyib hazırladığı işsizliyin sosial və psixoloji nəticələrinə həsr edilmiş layihə olmuşdur. Bu layihənin realizə olunduğu məkan Mariyental şəhərciyi , onun əsas metodları isə qoşulmuş müşahidə , tərcüməyi-halların təhlili və işsizliyin nəticələrinin təhrif olunmayan müxtəlif ölçmələri oldu. Məsələn , tədqiqatçılar insanların adımlarının surətini ölçürdülər. Nəticə: kişilər qadınlardan fərqli olaraq asta gəzirlər , çünki onların asudə vaxtları çox olur. Tədqiqatçılar xüsusilə qeyd edirdilər ki , işsizliyin səviyyəsinin artması ilə sosialist partiyasının qazetinin yayılması azalır, lakin idmana və əyləncələrə həsr olunmuş qazetin tirajı isə artır. Bu , siyasi işlərdə iştirakdan yayınmaq dərəcəsi kimi izah olunurdu. Kitabxanalarda kitabın oxunmasına görə ödənilən haqqın ləğv olunmasına baxmayaraq , insanların oxuduqları kitabların sayı yarıya qədər azalmışdı. Bu indikator artmaqda olan apatiyanın göstəricisi kimi izah olunurdu.[6]

Kolumbiya məktəbinin digər nümayəndəsi olan Gerbert Hayman sonralar Lazarsfeldin "ictimaişəkilli tədqiqatlarda planlaşdırma və təhlil" (1955) adlı elmi işində dürüst ifadə etdiyi metodoloji və prosedurn prinsiplərinin geniş və tipoloji təhlilini vermişdir.

Lazarsfeld metodika sahəsindəki böyük nailiyyətlərindən biri də tərəfindən panel metodunun yaradılmasıdır. Deməli , KİV-in səbəb –nəticə əlaqələrinin təsirini aşkar etmək və onları istiqamətlərin qavrayış tiplərinə təsir göstərmək kimi problemlərdən fərqləndirmək üçün dəyişənlərin müvəqqəti ardıcılığının öyrənilməsi metodunun işlənib hazırlanması tələb olunurdu. Bunun nəticəsi olaraq panel metodu yaradılmışdır ki, burada respondentlərin seçilmiş məzmunu zamanı intervalda dəfələrlə dəyişilir. Panel metodu mahiyyət etibarilə eksperimental populyasiyadan daha çox "təbii" populyasiyanın çöl eksperimentidir. Bu metod onun tərəfindən xüsusilə 1940-cı ildən ABŞ-də prezident seçkilərinə aid tədqiqatada istifadə olunmuşdur. Tədqiqatın gedişatında seçicilərin qərarını yubadan, blokadaya salan , gücləndirən , fəallaşdıran və dəyişdirən psixoloji və sosial proseslərin öyrənilməsi mümkün oldu. Belə ki, külli miqdarda təyiqlərə məruz qalan insqanlar qərarların qəbulu zamanı tərəddüd edirdilər. İkicisi, tədqiqat ictimai fikrin formalaşmasında liderlik təzahürünü açıqlamağa imkan verdi. Bu liderliyin həm üfuqi , həm də şaquli olduğun aşkar olundu. Adətən , kütləvi informasiya vasitələrindən gələn fikirlər axını ilk əvvəl ictimai fikrin liderinin sosial rolunun yerinə yetirən şəxslərə , daha sonra isə onların vasitəsilə bilavasitə kütləyə təsir göstərir. O, bu prosesi "ünsiyyətin ikipilləli axını " adlandırmışdır.[7]

Lazarsfeld digər ölkələrdə də sosiologiyanın inkişafına əhəmiyyətli təsir göstərmişdir. Belə ki, onun iştirakı ilə nəinki Macarıstan və ABŞ-də , eləcə də OslodaYerusəlimdə tədqiqat institutları yaradılmışdır. O, Varşava, Osloda və Paris universitetlərində də müəllimlik etmişdir. Bir çox Avropa alimləri Kolumbiya universitetlərində onun rəhbərliyi altında illik təcrübə keçirdilər. Xüsusilə də onun ən yaxın əməkdaşları və həmkarları görkəmli fransız sosioloqları Rayman Budon və Jan Stetsel olmuşdur. O, Amerika sosioloji assosiasiyasının prezident seçilmiş (1961–1962-ci illər) və 1962-ci ildə onun rəhbərliyi altında təşkil olunmuş illik qurultay gündəlikdə əsas məsələ kimi "sosologiyadan istifadəni" müzakirə etmişdir. 1949–1950-ci illərdə o, ictimai rəyin öyrənilməsi üzrə Amerika assosiasiyasının prezidenti seçilmiş , Milli Təhsil Akademiyasının , o cümlədən ABŞ-nin Milli Elmlər Akademiyasının üzvü olmuş, həm ABŞ–ın , həm xarici ölkələrin bir çox universitetlərinin fəxri adlarına və elmi dərəcələrinə layiq görülmüşdür. Lazarfeld Sorbonn universitetinin fəxri adına layiq görülmüş ilk Amerika sosioloqu olmuşdur. A. Şillzin yazdığı kimi , "o həm Frankfurt məktəbinin tənqidi sosiologiyası ilə Amerika sosiologiyasında pozitivist tendensiyaları , həm də marksist sosiologiyası arasındakı qarşılıqlı anlaşmaya və konvergensiyaya can atırdı".[8]

Lazarsfeld və radio

[redaktə | mənbəni redaktə et]

Lazarsfeld 1937-ci ildən 1940-cı ilə qədər Prinston universitetində Rokfeller fondunun himayəsi sayəsində radio tədqiqatları üzrə Büroya rəhbərlik etmişdir.1940-cı ildə onun başçılığı altında olan layihə Nyu-Yorkda yerləşən Kolumbiya universitetinə köçürülmüş və tətbiqi sosial tədqiqatlar Bürosu adını almışdır. Burada o, eyni zamanda sosiologiya departamentinə də rəhbətlik edir. Lazarsfeldin rəhbərliyi altında (1940–1950-ci illər) Büro fəaliyyətinin miqyaslarını, ştatlarını , özünün fəaliyyət proqramını genişləndirərək , empirik sosial tədqiqatlar və peşəkar kadrların hazırlanması sahəsində məşhur aparıcı laboratoriyaya çevrilir.

Priston mərkəzinin əsas rolu ondan ibarət idi ki, bu dövrdə radio siyasi təsirin əsas vasitəsinə çevrilir. Belə ki, həm Hitler , həm də Ruzvelt radiodan özlərinin əsas silahı kimi istifadə edirdilər. Prinstonda Lazarsfeld rəhbərliyi altında onun müavini və tədqiqat işlərinin rəhbəri kimi Frenk Stanton öz karyerasına başlayır və sonralar məşhur Kolumbiya brodkastinq sisteminin (KBS) prezidenti seçilir. Lazarsfeld kollektivi radio proqramlarının , radio auditoriyasının , radio dinləyicilərinin daha çox nəyə üstünlük verdiklərinin planlaşdırılmasının səmərəliliyini öyrənirdi.

Metodikada müəyyən sosioloji icmalların təkrar təhlilinə , proqramların kontent-təhlilinə və eksperimental olaraq seçilmiş auditoriyalarda simpatiya və antipartiyaların qeydə alınma vasitəsinə — Lazarsfeld — Stanton proqramlı analizatoruna üstünlük verilirdi. Bu zaman tədqiqatçılar çoxsaylı elmi işlər dərc etdirir, Büronun çərçivələri daxilində radio verlişlərinin yayımlanmasının təşkili üçün kadrların geniş səpkili və səmərəli hazırlığı gedirdi. Lazarsfeldin kütləvi kommunikasiya vasitələrinin sosiologiyasının inkişafına verdiyi töhfədən bəhs edən məşhur Amerika sosioloqu Devid Şils yazırdı: "Harold Lassuel "Kimə və hansı nəticə ilə kim dedi?" sualını verməklə kütləvi kommunikasiya vasitələrinin tədqiqi sayəsində proqram yaratdığını demək olarsa , Lazarsfeld bu proqramı mühüm metodların köməyi ilə daha da genişləndiridi. " Nə üçün məlumatlar kütləvi daxil edilir və nə üçün insanlar onları dinləyir, başqa sözlə, insanlar KİV vasitəsilə hansı mənmunluq və mükafatlandırma tiplərini əldə edirlər."[9]

Robert K. Merton və Lazarsfeld

[redaktə | mənbəni redaktə et]

Lazarsfeldin şəxsən özünün mövzusu radionun və mətbuatın auditoriyaya təsirinin müqayisəli şəkildə öyrənilməsi olmuşdur. Onunu nəticələri həmmüəllif Robert Kinq Mertonla birlikdə yazdıqları "Kütləvi kommunikasiya , populyar zövqlər və mütəşəkkil sosial fəaliyyət " adlı əsərdə öz əksini tapmışdır. Bu elmi işdə KİV-in yerinə yetirdikləri sosial funksiyalar təhlil olunmuş, qeyd edilmişdir ki, onlar yüksək statusa malik olmaqla sosial normaları təsdiq edir və möhkəmləndirir, eyni zamanda "bihuşedici disfunksiya" törədirlər. Bu elmi əsərdə KİV-in təsirinin ictimai diqqətdən kənarda qalan sosial problemlərə münasibətdə effektiv olması haqqında yekun nəticə olunmuşdur. Bu elmi əsərdə KİV-in əslində ictimai fikri dəyişdirmək qabiliyyətinə və hakimiyyətə müəyyən dərəcədə nüfuz etmək bacarığına malik olmadığı da öz parlaq əksini tapmışdır.[4]

Lazarsfeldin "Qar topası" üsulu

[redaktə | mənbəni redaktə et]

Ənənəvi seçim prosedurları şəxsiyyətlərarası münasibətlərin öyrənilməsi üçün az yaralı idilər . Ona görə də bu məktəb yeni metodlar işləyib hazırlamışdır. Öncə "qar topası" adlanan seçmə üsulu sınadı . Burada müxtəlif sosial təbəqələrə məxsus olan respondentlərdən onların qərarlarına konkret şəkildə təsir göstərən insanların adlarının sadalanması xahiş edilirdi. Beləliklə, sorğu olunan insanların sayı artaraq qışda düzəldilən qar topasına bənzəyirdi . Daim sitat gətirilən insanlar ictimai fikrin liderləri kimi müəyyən olunur, bu qrupdan sonrakı müsahibələrin təşkili üçün seçim həyata keçirilirdi.

"Qar topası"nın əsasında sosiometrik tipli suallardan istifadə etməklə şəbəkələr yaradıldı. Bu texnika Cekob Morenonun elmi işlərinin və onun sosioqramlarının təsiri altında işlənib hazırlanırdı. Lazarsfeld şşagirdləri Koluman , Kats və Menzel xüsusilə bu metodika əsasında 1966-cı ildə həkimlərin xəstələrə yeni dərman vasitələrini təyin etməyə başlamalarını müəyyən edən mexanizmlərin öyrənilməsini təcrübədən keçirdilər. Ümumiyyətlə , Lazarsfeld tərəfindən işlənib hazırlanan metodlar onun şagirdləri tərəfindən səhra təcrübəsində geniş şəkildə istifadə olunurdu ABŞ-də məşhur tədqiqatlardan Peter Rossinin şəxsiyyətlərarası mühit haqqında (1966) ; Rossinin özünün şagirdi U. Uollsın humanitar kollecin tələbə mədəniyyəti haqqında (1966) ; Riçard Albin və Çariz Kaduşinin sosial dairələr haqqında (1976) ;Kaduşinin intelektual yüksək təbəqələr haqqında (1974) ;Albin və Qven Murun elit sosial dairələr haqqında (1978) tədqiqatlar buna misal ola bilər.[10]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Paul Felix Lazarsfeld // Encyclopædia Britannica (ing.).
  3. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118726862 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 Lazarsfeld and Merton (1948) "Mass Communication, Popular Taste, and Organized Social Action"
  5. Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 373
  6. Jeábek, Hynek. Paul Lazarsfeld — The Founder of Modern Empirical Sociology: A Research Biography. International Journal of Public Opinion Research 13:229–244 (2001)
  7. Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 374
  8. Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 380–382
  9. Qərbi Avropa və ABŞ-də sosiologiya tarixi. Bakı 2010. s 376–377
  10. Simonson and Weimann, 'Critical Research at Columbia'; and Paddy Scannell, 'The End of the Masses'.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]