Morihey Ueşiba — Yapon döyüş sənətçisi və Aikido döyüş sənətinin yaradıcısı.
Morihey Ueşiba | |
---|---|
yap. 植芝盛平 | |
Doğum tarixi | 14 dekabr 1883[1] |
Vəfat tarixi | 26 aprel 1969[1][2] (85 yaşında) |
Vəfat səbəbi | qaraciyər xərçəngi |
Fəaliyyəti | hərbi qulluqçu |
Vikianbarda əlaqəli mediafayllar |
1898-ci ildə Ueşiba Osaka yaxınlığındakı doğma kəndini tərk edib, döyüş sənətlərinin sirlərini öyrənmək niyyəti ilə Tokioya getdi. Bir çox döyüş sənətini öyrəndikdən sonra yalnız üçündə ixtisaslaşdı: Yaqyi Şin Kageryu adlanan qılıncla döyüş, Hozoin-ryu kimi tanınan taxta(Jo) ilə döyüş növü və Tenin-Şinyo Ciu-citsu.
Rus–Yapon müharibəsi (1904) Ueşibanı real vəziyətdən özünü əqli və fiziki cəhətdən inkişaf etdirməyə təhrik etdi. Və bu da döyüş sənətinə hazırlıqları zamanı öyrəndiklərinə bir əlavə oldu.
Əsgər Ueşiba müharibə illərinin əksəriyyətini Şimali Mançuriyanın sərt iqlimində keçirmiş və müharibənin sonuna yaxın onun səhhəti tamamilə pisləşmişdi. Ona xas olan enerjiylə o, özünü saatlarla açıq havada çalışmaqla həyata qaytardı. Tezliklə Ueşibaya hökumət tərəfindən Hokkaydoya(Yaponyanın şimalında yerləşən ada) yollanan bir qrup mühacirlərə başçılıq etmək tapşırıldı.
Həmçinin başqa bir cəsarətli gənc də Hokkaydoya yollanırdı və onun adı Sokaku Takeda idi. O, Takedalar ailəsinin başçısı idi. Ueşiba və Takeda 1905-ci ildə görüşdülər və Ueşiba Takeda Senseyin Daito Ryu Aikiciucitsu təlimini mənimsəməyə başladı. Bundan başqa o Tokioda öyrəndiyi Kencitsu və Ciu-citsu döyüş növlərini təcrübədən keçirməkdə davam edirdi.
Öz xəstə atasına baş çəkmək üçün evə yollanan Ueşiba Omotokio dininin başçısı olan Onisaburo Dequçiyə rast gəlir. Dequçi Ueşibaya böyük təsir bağışlamış və Ueşiba dərhal dini öyrənməyə başlamışdır. Bu işə qoşulmasının gələcəkdə onun əqli inkişafına olan təsirinə baxmayaraq, o döyüş sənətini də əldən buraxmırdı.
1925-ci ildə Ueşiba əsasən özünün mənəvi və fiziki inkişafı üçün öz Aiki-Ciucitsu stilini yaratmışdı. Bir müddət sonra Ueşibanın tələbələri olan Tomiki Kenci, Miçizuki Minori, Şioda Qozo, Koiçi Tohiey və başqaları indiki müasir aykidonun əsasını qoymaqda çox fəal iştirak ediblər. Ueşiba isə öz növbəsində xüsusi Budo ruhunda olan əsl hərbi(Martial Arts) döyüş növünün axtarışında idi. Bu axtarışlarda o, Dodzonu tərk edib fermada işləməyə başladı. Təbiətə yaxınlıqdan o, öz təliminə davam edirdi. O, özünün mənəvi və fiziki qabiliyyətləririni cəmləşdirməyə çalışırdı. 1950-ci ildə Ueşiba Tokio Dodzosuna sonralar Aykido adlandırdığı yetişmiş, yaxşılaşdırılmış döyüş incəsənəti ilə qayıtmışdır.
Hərbi "incəsənətin"(Martial Arts) "növə" Bugeyin budoya inkişaf yolu Ueşiba yorulmadan öyrəndiyi texnikaları yenidən işləyirdi. Onları sintez edib elə bir formaya salmışdır ki, onları güc və zülmkarlığa yox ahəng və məhəbbətə daha çox çağırır. Bu yolla o, öz mənəvi etiqadlarını və öz güclü texniki peşəkarlığını inteqrasiya etməyə nail oldu. Ueşiba elan etmişdir ki, həqiqi budo üsulu sülh, barışıq üsuludur. O, özünü texniki şücaət və qüdrətə öyrədən bir ncəsənət dizaynına həsr etmişdir ki, özünü intizamlı şəxsiyyətin yetişdirilməsində əsas amil hesab olunur. Ueşiba ona rast gələn hər bir insanın hörmətini və məhəbbətini qazana-qazana 1969-cu ilə qədər - ölüm onu aparana qədər öz tədrisini davam edirdi. Vəfat etməmişdən əvvəl o, müasir aykidonun banisi kimi, dövlət mükafatına layiq görülmüşdür, sülhsevər və mərhəmətli insan kimi ictimai rəğbət qazanmışdır. Onun diqqəti və enerjisi tələbələrinin həyatına toxunan kimi aykidonun bir neçə üslubu canlanırdı. Bu üslubların diqqətə layiqləri Yoşinkan, Tomiki, Aikikai, Şinşin Toitsu və s. Bu üsulların banilərinin hamısı sənətkar Ueşibanın idealarından bəhrələnən yetişmələrdir. Hər birinin O`Sensey təliminin xüsusi elementlərini işləyib , belə ki, hər bir üsul başqalarından əsas elementlərini qoruyub saxlanılması ilə fərqlənir.