Morin Uoroblevitz

Morin Uoroblevitz (alm. Maureen Wroblewitz‎; d. 22 iyun 1998[1], Ər-Riyad, Səudiyyə Ərəbistanı) — Filippin-alman əsilli moda modeli. 2017-ci ildə "Asia's Next Top Model" müsabiqəsində Filippini təmsil edərək qalib gəlmişdir[2][3].

22 iyun 1998-ci ildə Səudiyyə Ərəbistanının paytaxtı olan Ər-Riyad şəhərində anadan olmuşdur[1]. Atası alman, anası isə filippinlidir[4]. Ailədə 4 bacıdan üçüncüsüdür[5]. Ər-Riyadda 12 il yaşamışdır[4]. Anasının vəfatından bir il sonra Almaniyaya köçmüşlər[5].

15 yaşında ikən onun "Instagram"da[6] yerləşdirdiyi şəkillər bir moda agenti tərəfindən marağa səbəb olmuş və bundan sonra model kimi karyerasını davam etdirmək üçün 2016-cı ilin sentyabrında Filippinə köçmüşdür[4].

  1. 1 2 Usop, Rezie Den Hannah. "Filipinos top everything". The Palawan Times. 1 July 2017. 10 March 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 March 2018.
  2. Maureen Wroblewitz is first Pinay to win 'Asia's Next Top Model' Arxivləşdirilib 6 avqust 2017 at the Wayback Machine. ABS-CBN News. Retrieved 28 June 2017.
  3. READ: Supermodel and TV host Tyra Banks reacts to Maureen Wroblewitz win in 'Asia's Next Top Model' Arxivləşdirilib 6 avqust 2017 at the Wayback Machine. GMA Network Entertainment. Retrieved 6 July 2017.
  4. 1 2 3 Vitangcol, Ysabel. "Maureen Wroblewitz wants the top". Philippine Daily Inquirer. 24 June 2017. 24 June 2017 tarixində arxivləşdirilib.. inquirer.net. Retrieved 6 July 2017.
  5. 1 2 Lo, Ricky. "Maureen Wroblewitz: Mother knows best". Philstar Global Entertainment. 8 iyul 2017. 7 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2017.
  6. "Maureen Wroblewitz Philippines, Teenage Dream". ASNTM.com. 17 iyun 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]