Mortal Kombat: Special Forces- "Midway Games" oyun şirkəti tərəfindən 2000-ci ildə yaradılan, döyüş oyunudur.
Mortal Kombat: Special Forces | |
---|---|
Hazırlayan | Midway Games |
Yayımlayan | Midway Games |
Seriya | Mortal Kombat |
Buraxılış tarixi | 29 iyun 2000 |
Janrlar | Faytinq oyunu |
Bəstəkarlar | Den Forden |
Texniki məlumat | |
Platforma | PlayStation[1] |
Oyun rejimi | birnəfərli oyun |
İnterfeysin dili | ingilis dili |
Daşıyıcı | CD-ROM |
İdarəetmə | geympad |
Rəsmi saytı |
Kano cinayətkar dostları olan Simasız, Tasiya, Carek və Tremoru zindan azad edir və onlarla birgə şəhərin cənub hissəsində gizlənir. Bu barədə işçilərdən biri olan Cemini radioda məlumat yayır. Polis olan mayor Ceks Briqqs bu barədə eşidir və onların başçılarının Kano olduğunu təxmin edir. Ceks Ceminidən bu məlumatları leytenant Sançesə göndərməsini istəyir. Cemisi isə öz növbəsində məlumatı cinayətkar dəstəsini izləyən Sançesə çatdırır. Ceks Sançesin dəstəsinə çatdıqda, dəstənin məhv olunmasını görür. Ceks dostlarının intiqamını almaq üçün cinayətkar dəstəsinin izinə düşür. Ceks "Simasız" ilə qarşılaşır və onu öldürür. Cemini radioda cinayətkar dəstəsinin "Qara əjdaha" klanına mənsub olduğunu bildirir. Ardınca Ceks Tasiyanı öldürür. Ceks "Qara əjdaha" klanına məxsus ofisin açarını tapır və dəlilləri axtarmağa başlayır. Burada Ceks, Careki öldürür. Ceks tapdığı xəritənin koordinatlarını radio ilə Ceminiyə xəbər verir. Axtarış zamanı Ceks itirilmiş şəhər olan Sin Tszyana çatır və burada Yeraltı dünya portalını qoruyan Tremoru öldürür. Bu portalın Kano ilə əlaqədar olduğunu düşünərək, portala daxil olur və Kanonu tapır. Kano isə "Şitian gözü"nə sahib olmuşdur. Sonda Ceks Kanonu məğlub edir. Ceks "Şitian gözü"ndən istifadə edərək, Kanonu Yer dünyasına geri aparır.