Moskva Dövlət Universitetinin Bakı filialı

M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və ya qısaca MDU Bakı filialıAzərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.[1]

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı
Əsası qoyulub 27 fevral 2009
Rektor Nərgiz Paşayeva
Şəhər Bakı
Ölkə
Ünvan Hüseyn Cavid pr., 133
Sayt msu.az

Filialın yaranması haqqında razılaşma Rusiya Federasiyasının təhsil və elm naziri Andrey Fursenkonun 2007-ci ilin martında Azərbaycana səfəri zamanı əldə edilimişdı.

M.V.Lomonosov adına Moskva Dövlət Universiteti rəhbərliyinin təklifi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvar 2009-cu il tarixli sərəncamına əsasən yaradılıb. Filial rəsmi surətdə 27 fevral 2009-cu ildə açılıb.

Filialın açılması ölkə daxilində dünyanın ən nüfuzlu universitetlərinin birində təhsil almağa və Rusiyanın tanınmış almləri ilə Azərbaycan elminin sıx əlaqəsinə şərait yaradır. M. V. Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru filologiya elmləri doktoru, professor Nərgiz Paşayevadır.

2023/2024 tədris ilində filialda 7 fakültə fəaliyyət göstərir:

  1. Filologiya
  2. Fizika
  3. Tətbiqi riyaziyyat
  4. Kimya
  5. Psixologiya
  6. İqtisadiyyat
  7. Menecment

Gələcəkdə fakültələrin və tələbələrin sayının artacağı gözlənilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]