Moskva Rabitə və İnformatika Texniki Universiteti

Moskva Rabitə və İnformatika Texniki Universiteti (rus. Московский технический университет связи и информатики (МТУСИ)) — Rusiyada universitet; telekommunikasiya, informatika, radiotexnika, iqtisadiyyat və idarə etmə sahəsində yüksək ixtisaslı mütəxəssislər hazırlayan böyük elmi tədris mərkəzidir.

Moskva Rabitə və İnformatika Texniki Universiteti
Loqonun şəkli
Xəritə
55°45′18″ şm. e. 37°42′44″ ş. u.HGYO
Əsası qoyulub 1921
Tip dövlət ali məktəbi
Tələbə sayı 15.000[1]
Ölkə
Ünvan Rusiya, Moskva şəhəri
Sayt mtuci.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1921-ci ilin fevralında Moskva Rabitə Elektrotexnikumunun bazasında V. N. Podbelski adına Moskva Xalq Rabitə Elektrotexnika İnstitutu yaradılır. Ali təhsil ocağı sonrakı dövrlərdə müxtəlif adlarla fəaliyyətini davam etdirir. 1992-ci ildən isə universitet statusu əldə edən ali təhsil müəsisisəsi Moskva Rabitə və İnformatika Texniki Universiteti adlandırılır.

Universitetin tərkibinə Rostov-na -Donu və Nijni-Novqorod şəhərlərində yerləşən iki regional filial, elmi mərkəz, İxtisasartırma İnstitutu, Telekommunikasiya Kolleci, ali məktəbə qədər hazırlıq mərkəzi, yeni texnika elmi tədris poliqonu daxildir.

Ali məktəbin professor-müəllim heyəti təqribən 700 nəfərdən ibarətdir. Onların arasında 100 professor və 400-dən artıq elmlər namizədi və dosent var. Universitetin müəllimləri bir neçəsi Rusiya və beynəlxalq akademiyaların həqiqi və müxbir üzvləri, o cümlədən dövlət mükafatları laureatlarıdır.

Universitetdə təhsilin əyani və qiyabi formaları üzrə təxminən on dörd min tələbə, aspirant, müxtəlif kursların dinləyiciləri təhsil alır. Hazırlıq bakalavr, magistr və təhsil pillələri üzrə 25 ixtisas və 8 istiqamətdə olmaqla müasir çoxsəviyyəli təhsil sistemi əsasında həyata keçirilir.

Ali təhsil ocağında böyük diqqət tələbə vahid tədris-elmi prosesi çərçivəsində təhsilin gündüz formasının 900-dən çox tələbəsi iştirakı ilə aparılan elmi-tədqiqat işlərinə ayrılır. Onların fəaliyyətinin əsas istiqamətlərini müəssisələrin sifarişi üzrə mütəxəssislərin fərdi məqsədli hazırlığı, təsərrüfat müqaviləsi və dövlət büdcəsi elmi-tədqiqat işlərində iştirak, ixtisaslaşdırılmış dərnəklərdə və məktəblərdə məşğuliyyət, elmi konfransların və seminarların işində iştirak, müsabiqələr, gənclərin elmi-texniki yaradıcılıq sərgiləri təşkil edir. Sərgilərin, müsabiqələrin və olimpiadaların qalibləri medallarla və Rusiyanın Təhsil və Elm Nazirliyinin, eyni zamanda Rusiya və Cisco Systems, Ericsson, Alcatel-Lucent kimi xarici şirkətlərin diplomlarına layiq görülüblər.

Moskva Rabitə və İnformatika Texniki Universiteti telekommunikasiya sahəsində təhsil üzrə tədris metodik birləşməsində baş ali məktəbdir. Onun tərkibinə tədris metodik birləşməsinin səlahiyyətinə aid olan istiqamətlər və ən yüksək peşə təhsilinin ixtisasları üzrə əsas maarifləndirici proqramların reallaşdığı təhsil müəssisələri daxildir.

Təhsil strukturu

[redaktə | mənbəni redaktə et]

Universitetdə hazırda 8 fakültə fəaliyyət göstərir.

İnformasiya texnologiyaları fakültəsinin tərkibinə Riyazi kibernetika və informasiya texnologiyaları, Multimedia şəbəkələri və rabitə xidmətləri, İnformasiya təhlükəsizliyi və avtomatlaşdırma və Ekologiya, həyat fəaliyyəti və enerji təchizatının təhlükəsizliyi kafedraları daxildir.

Radio və televiziya fakültəsində radio avadanlıqları, radiotexnika sistemləri, radio rabitə və teleradio yayımı sistemləri və şəbəkələri, televiziya və səsli yayım, texniki elektrodinamika və antennalar, elektronika istiqamətləri üzrə tədris həyata keçirilir.

Rabitə şəbəkələri və sistemləri fakültəsi müasir lokal və qlobal şəbəkələr üzrə rəqəmli texnologiyalardan istifadə etməklə informasiyanın (multimedia trafiki) müxtəlif növlərinin ötürülməsini təmin edən mütəxəssislərin keyfiyyətli hazırlığını təmin edir.

İqtisadiyyat və idarə etmə fakültəsi müasir tendensiyaları əks etdirən tədris planları əsasında iqtisadiyyat, menecmentlik, reklam, informatika və informasiya texnologiyaları üzrə bakalavr və magistrların üzrə hazırlığını həyata keçirir.

Birinci ümumtexniki fakültə 1988-ci ildə təbiətşünaslıq üzrə tələbələrin fundamental hazırlığının yaxşılaşdırılması məqsədilə Moskva Rabitə və İnformatika Texniki Universitetində yaradılıb.

İkinci ümumtexniki fakültədə isə rabitə şəbəkələri və kommutasiya sistemləri, fizika və optik rabitə texnikası, çoxkanallı telekommunikasiya sistemləri, abitənin mühafizə sistemləri, komplekslər, sistemlər və şəbəkələr, proqram təminatı və informasiya sistemləri və texnologiyaları ixtisas istiqamətləri tədris olunur.

Qiyabi ümumtexniki və qiyabi fakültələrdə rabitə, informasiya texnologiyaları və iqtisadiyyat istiqamətli ixtisaslar qiyabi təhsil forması üzrə həyata keçirilir.

İxtisasın artırılması və yenidən hazırlanma fakültəsi müəllimlərin və mütəxəsissislərin ixtisasın artırılmasının və yenidən hazırlanmasının qısamüddətli və uzunmüddətli proqramlarını reallaşdırır.

Beynəlxalq əlaqələri

[redaktə | mənbəni redaktə et]

Universitetin aktiv beynəlxalq əməkdaşlığı demək olar ki, 70 ilən çoxdur ki, davam edir. Bu vaxt ərzində ali məktəb bir çox xarici ölkələr üçün ixtisaslaşdırılmış kadrların hazırlıq mərkəzi rolunu oynayıb. Universitetin minlərlə məzunu arasında məşhur alimlər və ictimai xadimlər, Avropanın, Asiyanın, Afrikanın və Latın Amerikasının bir çox ölkələrinin iqtisadiyyatının müxtəlif sahələrində çalışan peşəkar mütəxəssislər yer alır.

Beynəlxalq əməkdaşlığın əsas istiqamətlərini yüksək və ali məktəbdən sonrakı təhsil proqramları üzrə xarici vətəndaşların ixtisasın artırılması, birgə maarifləndirici proqramların reallaşdırması, tələbələrin və müəllimlərin mübadiləsi, aparıcı texniki ali məktəblərdə mütəxəssislərin təcrübə keçməsi, dünyanın aparıcı telekommunikasiya şirkətləri ilə birgə tədris mərkəzlərinin yaradılması, birgə elmi-tədqiqat işləri, xarici şirkətlərlə və ali məktəblərlə elmi informasiya mübadiləsi, birgə konfransların simpoziumların, seminarlar keçirilməsi, təhsil və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində aparıcı beynəlxalq təşkilatlar və fondlar tərəfindən keçirilən layihələrdə və proqramlarda iştirak təşkil edir.

1946-cı ildən başlayaraq indiyi qədər universitet dünyanın 82 ölkəsindən bir neçə min bakalavr və magistr, 360-dan çox elmlər namizədi hazırlayıb. Hal-hazırda universitetdə Avropa, Asiya, Afrika və Latın Amerikasının 48 ölkəsindən 400-dən çox tələbə və aspirant təhsil alır.

Bolonya prosesinin həllərinin reallaşdırmasının aktiv iştirakçısı olan ali məktəb faəliyyətini Avropa təhsil sisteminə inteqrasiya əsasında qurub. Universitet xarici ali təhsil müəssisələri ilə birgə İKT sahəsində bakalavrlar və magistrlər üçün "ikiqat diplom" proqramlarını reallaşdırır. Xarici tələbələrin kontingentinin genişlənilməsi üçün ali məktəb ingilis və rus dillərində qarışıq təlimin çoxsəviyyəli proqramını təklif edir.

Beynəlxalq fəaliyyətin əsas istiqamətlərindən birinə dünyanın aparıcı telekommunikasiya şirkətləri ilə birgə tədris mərkəzlərinin yaradılmasıdır. Universitetin bazasında "Alcatel-Lucent", "Ericsson" Treninq Mərkəzi, "Cisco Systems", "Huawei" daxil olmaqla səkkiz tədris mərkəzi uğurla fəaliyyət göstərir.

Bütün Tədris mərkəzləri müasir avadanlıqla təchiz edilib. Mərkəzlərin işində yalnız ən yeni telekommunikasiya vasitələri ilə yanaşı tədris texnologiyalarından istifadə edilir.

  1. http://www.mtuci.ru/structure/international/connections.