Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 25 dəqiqə əvvəl Araz Yaquboglu (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Motor yağlarının regenerasiyası – işlənmiş yağların bərpası deməkdir.
Motor yağları porşen və rotorlu daxili yanma mühərriklərinin yağlanması üçün istifadə olunur.Avtomobil parkı artdıqca onlarda istifadə olunan yağların istehsalı da artır. Bu məhsul ətraf mühit üçün kifayət qədər zərərli olduğundan, istifadə edildikdən sonra utilizə və ya regenerasiya edilməlidir, yəni yağın ilkin xassələrini mümkün qədər bərpa etmək və təkrar istifadəyə yönəltmək zəruridir. Problemin aktuallığı həmçinin onunla da bağlıdır ki, mütəxəssislərin proqnozlarına görə, yağların tərkrar istismara yönəldilməsi hər il 5-7% artmaqda davam edəcək. Qeyd etmək lazımdır ki, işlənmiş yağın regenerasiyası asan məsələ deyil. Bu proses yalnız neft emalı zavodlarında aparıla bilər.
Təyinatına görə bütün işlənmiş yağlar şərti olaraq üç qrupa bölünür:
Bu usulla işlənmiş yağlar qüvvətli mineral turşular, əsasən, sulfat turşusu vasitəsilə ilə təmizlənir. Sonra gillərlə onların ağardırılması aparılır. Bu üsulun çatışmayan cəhəti - yağın çıxımının az olmasıdır (məhsulun 50%-i turş qudrona çevrilir). Həmçinin işlənmiş gillər və turş şlamın təhlükəsiz utilizə edilməsi ekoloji cəhətdən çətinlik törədir.
Bu üsul mexaniki qarışıqların, suyun və yüngül karbohidrogenlərin çıxarılmasından, və doymuş karbohidrogenli həlledicilərlə işlənməsindən ibarətdir. Bu çətin, çoxmərhələli regenerasiya üsulu vakuumlu distillə və katalitik hidrogenləşmə ilə sona çatır.
Fransada işlənmiş yağların regenerasiyası üçün propanla təmizlənmə texnoloji prosesi işlənib və hal-hazırda tətbiq olunmaqdadır. Proran, bütün mövsümlərdə işləyən və tərkibində böyük miqdarda aşqar, qatran, lak və asfalt birləşmələri saxlayan motor yağlarının bərpası üçün yararlıdır. Fransa texnologiyası ilə işləyən bir neçə qurğu İtaliya və keçmiş Yuqoslaviyanın ərazisində quraşdırılıb.
Xarici ədəbiyyat mənbələrində qeyd edildiyi kimi, motor yağlarının regenerasiyası prosesində ultrafiltrləşmə üsulu da mövcuddur. Bu proses xüsusi həlledicilərin (aseton, spirt) köməyi ilə aparılır. Bərpa olunmuş yağın çıxımı təxminən 90% təşkil edir.
İsveç alimləri tərəfindən təklif olunmuş təmizləmə texnologiyası üzrə, suyun və yanacaq fraksiyalarının qovulmasından sonra yağ natrium metalının dispersiyası ilə işlənilir.
Amerika kompaniyalarından biri ammonium sulfat və fosfatlarını istifadə etməklə işlənmiş yağların regenerasiya üsulunu təklif edib. Bu üsulla yağdan metall və aşqarların qovulması təmin edilir, həmçinin kül göstəricisi təzə yağın göstəricisinə qədər aşağı salınır.