Mozambikin dövlət quruluşu — Mozambik respublikadır. 1975-ci il Konstitusiyası qüvvədədir. Mozambik Azadlıq Cəbhəsinin (FRELİMO) sədri dövlət başçısı və prezidentdir. Ali qanunverici orqan Respublika Məclisidir (birpalatalı parlament). İcra hakimiyyətinin prezidentin başçılıq etdiyi Nazirlər Şurası həyata keçirir.[1]