Mozambik ədəbiyyatı (ing. Mozambican literature) —
Mozambik xalqlarının folkloru zəngindir. XIX əsrin sonu XX əsrdə müstəmləkəçiliyə qarşı mübarizədə jurnalistika inkişaf etdi. Juan və Joze Albazini qardaşları, E.Diaş Mozabik ədəbiyyatının baniləridir.
Bədii ədəbiyyat XX əsrin əvvəlində yaranmışdır. İlk vaxtlaq Portuqal ədəbi nümunələri təqlid olunurdu. İkinci dünya müharibəsindən sonra ədəbiyyatda realist meyllər gücləndi (J.Kraverinya, Noemiya di Soza). M. duş Santuşun şeirlərində, J.Diaş, L.Bernardu Onvananın hekayələrində inqilab və milli azadlıq uğrunda mübarizə ideyaları tərənnüm edilir.
Müasir Mozambik ədəbiyyatında poeziya əsas yer tutur (Mogimo, R.Noqar, S.Vieyra, M.Kraverinya və başqaları).
1982-ci ildə Mozambik Yazıçılar İttifaqı yaradılmışdır.
Mozambik şairlərinin bəzi şeirləri Azərbaycan dilinə tərcümə olunmuşdur.