Mozzarella

Mozzarella (it. Mozzarella) — İtaliya mənşəli pendir növü. Pendir ağ rəngdə olub, iri alma boyda kürələr şəklində hazırlanır. Çox zaman müxtəlif salatların və pitsaların hazırlanmasında istifadə olunur. Mozzare sözü italyanca "kəsmək" mənasını verir.

Pendir haqqında

[redaktə | mənbəni redaktə et]

Mozzarella pendiri təzə olduğu müddətcə əsasən ağ rəngdə olur. Hazırlanması zamanı istifadə olunan süddən və hazırlanma müddətindən aslı olaraq sarala bilər.[1] Mozzarella pendiri yağlı olduğu üçün yumuşaq bir formaya malikdir. Bu səbəbdən hazırlandığı gün istifadə olunması məsləhət görülür. Günümüz texnologiası ilə vakumlu paketlərdən istifadə olunaraq müddətini bir qədər uzatmaq mümkündür.[2] Az yağlı Mozzarella pendiri 1 aya qədər xarab olmadan qala bilir.[3] Müxtəlif növ qatqılarla bu müddət bir qədər də uzadıla bilər. Mozzarella pendiri pitsa, lazanya kimi qidalarda əsas ingridient kimi istifadə olunur. Dilimlənmiş halda pomidorreyhan ilə birlikdə yeyilə bilər.[4]

  1. Mozzarella Cheese[ölü keçid]
  2. "There's nothing like a meal made from scratch". 2022-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.
  3. "The Original Encyclopizza". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.
  4. "Shredded Low Moisture Mozzarella". 2019-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.