Muğanın dastanı (film, 1968)

"SSRİ-yə səyahət" silsiləsindən çəkilmiş bu filmdə Muğanın tarixi, keçmişi və bu günündən, müasir kəndlərindən, əmək adamlarından, sərvətindən, köhnə səhra şəhəri Salyanın yeni taleyindən söhbət gedir. Ekranda Səməd Vurğunun "Muğan" poemasından, aşıq şerlərindən ayrı-ayrı parçalar oxunur. Kürlə Arazın qovuşduğu yer — Suqovuşan, Kürün sahili, meşələr, babalarımızın yadigarı — Şəhriyar xarabalığı, Muğan şəhəri, qaynar həyatlı ticarət mərkəzi, həmin xarabalıqdan tapılmış müxtəlif cəng paltarları, silahlar gözlərimiz önündən gəlib keçir.

Muğanın dastanı
Janr sənədli film
Rejissor Vladimir Konyagin
Ssenari müəllifi Əhmədağa Muğanlı
Operator Vladimir Konyagin
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1968
Filmin növü qısametrajlı sənədli film
Ölkələr SSRİ SSRİ
İl 1968
Texniki məlumatlar 2 hissə
560 metr
35 mm
Rəng rəngli

Film tamaşaçıları Azərbaycanın taxıl bazası, "ağ qızıl" və bolluq diyarı olan Muğanla, onun bir-birindən gözəl və abad şəhərləri, yaraşıqlı qəsəbələri, əmək adamları ilə tanış edir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Rejissor: Vladimir Konyagin
Ssenari müəllifi: Əhmədağa Muğanlı
Operator: Vladimir Konyagin
Səs operatoru: Şamil Kərimov
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 170-179.