Əhmədağa Əkbər oğlu Qurbanov (Muğanlı) (10 may 1926, Biləsuvar rayonu – 4 avqust 2001, Bakı) — nasir, ssenarist, kino redaktoru. 1962-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1986), Əməkdar Mədəniyyət İşçisi (1991).[1]
Əhmədağa Muğanlı 10 may 1926-cı ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olmuşdur. İbtidai təhsili doğma kənddə, orta təhsili isə Xırmandalı kənd orta məktəbində almışdır. Lakin X sinifdə ikən ordu sıralarında əsgəri xidmət borcunu yerinə yetirmiş (1944–1946) tərxis olunandan sonra orta məktəbi gümüş medalla bitirmişdir. ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1947–1952).[2]
2001-ci il avqustun 4-də Bakıda vəfat etmişdir.[2]
Oğlu Nəriman Qurbanov Azərbaycan diasporu quruculuğu sahəsində xidmətlərinə görə tanınır.[3]
Ədəbi fəaliyyətə "İnqilab və mədəniyyət" (1951, N 10) jurnalında dərc olunan "Biz qol çəkirik ki…" hekayəsi ilə başlamışdır. Ondan sonra dövri mətbuatda vaxtaşırı çıxış edir.[2]
20-yə yaxın sənədli fılm ("Azərbaycan…, Azərbaycan…", "Alagöz yaylağında", "Muğanın dastanı", "Çobanbayatı", "Mən sərhədçiyəm" və s.), "Dağlarda döyüş" (1968), "Od içində vahə" (1982), "Qocalar…, qocalar" (1982), "Atları yəhərləyin" (S. Rüstəmlə birlikdə, 1983), "Doğma sahillər" (1988) bədii fılmlərin ssenari müəllifıdir.[2]
Əmək fəaliyyətinə Biləsuvar rayonunun Bəyunlu kənd yeddillik məktəbində müəllimlikdən başlamışdır (1944). Orada Karl Marks adına kənd orta məktəbində baş dəstə rəhbəri (1946–1947), Azərbaycan KP Bakı Vilayət Komitəsinin orqanı "Bakı kommunisti" qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. Sonra Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında işləmişdir. Burada ssenari şöbəsinin redaktoru, sənədli-xronikal və elmi-kütləvi filmlər birliyinin baş redaktoru işləmişdir (1953-cü ildən). Kinostudiyada ssenari-redaksiya kollegiyasının üzvü olmuşdur. Kinostudiyadan dəfələrlə Bakı şəhəri Oktyabr rayon xalq deputatlar Sovetinin deputatı seçilmişdir (1969–1971).[2]
- Vicdan. Bakı: Azərnəşr, 1959, 146 səh.
- Tikanlı məftillər. Bakı: Azərnəşr, 1962, 116 səh.
- Şəhriyar əfsanəsi. Bakı: Gənclik, 1973, 153 səh.
- Çobanbayatı. Bakı: Azərnəşr, 1977, 122 səh.
- Şikəstə. Bakı: Gənclik, 1979, 207 səh.
- Ömürdən yeddi yarpaq. Bakı: Yazıçı, 1984, 345 səh.
- Gecikmiş etiraf. Bakı: Yazıçı, 1991, 326 səh.
- Dağ dağa söykənər… Bakı: Gənclik, 1996, 224 səh.
Ssenari müəllifi kimi
- Alagöz yaylağında (film, 1955) (qısametrajlı sənədli film)
- Bizim kolxoz (film, 1959) (qısametrajlı sənədli film)
- Nizami (film, 1959) (qısametrajlı sənədli film)
- Çobanlar (film, 1961) (qısametrajlı sənədli film)
- 150 il. Mirzə Fətəli Axundov (film, 1962) (qısametrajlı sənədli film)
- Sabir (film, 1962) (qısametrajlı sənədli film)
- Dağlarda döyüş (film, 1967) (tammetrajlı bədii film)[4]
- Muğanın dastanı (film, 1968) (qısametrajlı sənədli film)
- Mənim universitetim (film, 1969) (qısametrajlı sənədli film)
- Azərbaycan, Azərbaycan (film, 1970) (qısametrajlı sənədli film)
- Qurultaydan qurultaya (film, 1970) (qısametrajlı sənədli film)
- Bizim sərhədçilər (film, 1971) (qısametrajlı sənədli film)
- Çobanbayatı (film, 1972) (qısametrajlı sənədli film)
- Odla təmasda (film, 1972) (qısametrajlı sənədli film)
- Məndə sığar iki cahan... (film, 1973) (qısametrajlı sənədli film)
- Şənlik bizə yaraşır (film, 1974) (qısametrajlı sənədli film)
- İki Xəzər (film, 1975) (qısametrajlı sənədli film)
- Mən sərhədçiyəm (film, 1976) (qısametrajlı sənədli film)
- Mənim ağ tarlam (film, 1977) (qısametrajlı sənədli film)
- Od içində (film, 1978) (tammetrajlı bədii film)
- 60 il keşikdə (film, 1981) (qısametrajlı sənədli film)
- Qocalar, qocalar... (film, 1982) (tammetrajlı bədii film)
- Qanlı zəmi (film, 1985) (tammetrajlı bədii film)
- Beşilliyin addımları (film, 1986) (qısametrajlı sənədli film)
- Monoloq (film, 1987) (qısametrajlı sənədli film)
- Vətən sərhəddən başlanır (film, 1988) (qısametrajlı sənədli film)
- Vətənin keşiyində (film, 1988) (qısametrajlı sənədli film)
- Doğma sahillər (film, 1989) (tammetrajlı bədii film)
- Müstəqilliyin keşiyində (film, 1996) (qısametrajlı sənədli film)
Redaktor kimi
- Kölgələr sürünür (film, 1958) (tammetrajlı bədii film)
- Aşıq Ələsgər (film, 1972) (qısametrajlı sənədli film)
- Dədə Qorqud (film, 1975) (tammetrajlı bədii film)
- Xoşbəxtlik qayğıları (film, 1976) (tammetrajlı bədii film)
- Arxadan vurulan zərbə (film, 1977) (tammetrajlı bədii film)
- Bayquş gələndə... (film, 1978) (tammetrajlı bədii film)
- Babək (film, 1979) (tammetrajlı bədii film)
- İstintaq (film, 1979) (tammetrajlı bədii film)
- Qızıl uçurum (film, 1980) (tammetrajlı bədii film)
- Qorxma, mən səninləyəm (tammetrajlı bədii film)
- Köhnə bərə (film, 1984) (tammetrajlı bədii film)
- Qoca palıdın nağılı (film, 1984) (tammetrajlı bədii film)
- Qəm pəncərəsi (film, 1986) (tammetrajlı bədii film)
- Şeytan göz qabağında (film, 1987) (tammetrajlı bədii film)
- Əlaqə (film, 1989) (tammetrajlı bədii film)
- Bahar əyləncələri (film, 1989) (cizgi filmi)
- Gecə qatarında qətl (film, 1990) (tammetrajlı bədii film)
- "Fransız" (film, 1995) (tammetrajlı bədii film)
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.