Muğan şahlığı

Muğan şahlığı — Tarixi mənbələrdə “Şiri-Muğan”, “Muğan şahlığı”, “Muğaniyyə” və s. adlanan Muğan haqqında tədqiqatları Əsgər Zahidovu bir muğanşünas alim kimi tanıtmışdı.[1]

642-ci ildə ərəblər tərəfindən işğal olunan Muğanda ərəb tarixçisi ibn Xordadbehin yazdığına görə IX əsrdə ərəb xilafətinin zəifləməsi nəticəsində Muğan şahlığı yaranır.[2]

İbn Miskəveyhin yazdığına görə, Muğan şahlığını o zaman Sipəhbud İbn Dəlulə idarə edirdi. Onun atası Dəlulə çiçək xəstəliyindən ölmüşdür. Qətran Təbrizinin şeirlərindən məlumdur ki, Muğanda Dəlulə nəslindən olan feodallar ağalıq edirmişlər. Dəlulənin oğlu Əmir Sipəhbud Təbriz şahına tabe olmadığı üçün Vəhüstanın oğlu Abunəsr Məhəmmədin ordusu ilə (hücum edən Təbriz şahı olur) Muğan şəhərində döyüş olur. Bu döyüşdə Muğan şahı Şipəhbud məğlub edilir. Bu qanlı vuruşmada dahi şairimiz Qətran Təbrizi də iştirak edir. (Bax: Qətran Təbrizi, «Divan», «Əbu Nəsr Məmlan İbn Vəhüstanın mədhi», Bakı, 1967,s.272).[3]

Muğan şahlığı Rəvvadilər dövlətinə qatılmaqla Muğan şahlığı tarixdən silinir.