Muhafızgücü İK

Muhafızgücü Futbol Klubu - 18 iyul 1920-ci ildə Türkiyənin qurucusu və prezidenti Mustafa Kamal Atatürkün əmri ilə Ankarada qurulmuş köhnə futbol komandasıdır.

Futbol komandası 1925, 1926, 1926-27, 1927-28, 1929 və 1930-31 mövsümlərində Ankara Futbol Liqasının çempionu oldu. 1924-cü ildə ilk çempionatdan sonra ilk dəfə 1927-ci ildə təşkil edilən Türkiyə Futbol Çempionatında İzmir çempionu Altınordu komandasını 5-1 hesabı ilə məğlub edərək Türkiyə çempionu oldu.

Klub 1981-ci ildə bağlandı.

İstinadlar[redaktə | mənbəni redaktə et]