Hiyumaa

Hiyumaa[1] (almanların hakimiyyəti dönəmində Daqо[2] adlanırdı) est. Hiiumaa) — sahəsinə görə Estoniyanın sahəsinə görə ikinci adasıdır. Onun sahəsi 989 km² təşkil edir.

Hiyumaa adası
est. Hiiumaa
Ümumi məlumatlar
Sahəsi 989 km²
Hündür nöqtəsi 54 m
Əhalisi 10.495 nəfər (2007-ci il)
Yerləşməsi
58°52′00″ şm. e. 22°35′00″ ş. u.HGYO
Ölkə  Estoniya
Akvatoriya
Hiyumaa adası xəritədə
Hiyumaa adası
Hiyumaa adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ada inzibati cəhətdən Hiyumaa qəzası ərazisinə daxildir. İnzibati vahidliyin ərazisinə digər kiçik adalar daxildir.

Ada Baltik dənizində yerləşən Moonzund arxipelaqının tərkib hissəsinə daxildir. Maksimal hündürlüyü 54 metrdir. Ada əsasən gum və çınqıldan təşkil olunmuşdur. Antropogen təsirə məruz qalmışdır. Adada əsasən tozağacı meşəsinə və sahil solağında isə qamışlıqlara rast gəlinir.

Hiyumaa adası 1563–1721 illərdə İsveçə məxsus olmuşdur. Bu ada İsveçin Estoniyada yerləşən mühüm mərkəzi olmuşdur. XVIII əsr-də ada əhalisinin sayı 2000 nəfəri keçir.

1721-ci ildə İsveç Rusiya müharibəsinin sonucu olaraq ada və onun əhalisi Rusiya ərazisinə çevrilir. İsveç əsilli əyanlar ruslar ərazini işğal etdikdən sonra belə adanı idarə etmişlər[3]. Zadəganların acgözlüyü isveç kəndlilərini sıxdığından onlar II Yelizavetaya müraciət edirlər. İmperatriça cavab olaraq onlara Dnepr çayı ətrafına köçməyi əmr edir. Onlara hətta 60 desyarin torpaq və vergi güzəştləri verəcəklərinə söz verilir. Köçürülmə 1781-ci ildə başlanılır. Bu zaman təyinat nöqtəsinə cəmi köçürülənlərin yarısı çata bilir. Bir qismi hətta Moskva ətrafında yerləşən Staroşvedskoe kəndini salır. Onlar 1929-cu ildə İsveçin Qotland adasına evakuasiya edilmişdir. Onların bəzisi isə öz yurdlarına qayıtmışdır.

Hiyumaada qalan isveçlilər əsasən Kyardla şəhərinin rayonlarında yaşayırdılar. Hazırda belə insanların bir qismi özlərini isveçlı hesab edir. İsveç dili ada əhalisinin dilinə təsir göstərmişdir.

Əhali və iqtisadiyyat

[redaktə | mənbəni redaktə et]

Adanın əsas gəlir mənbəyi Balıqçılıq, Əkinçilik, MaldarlıqTurizmdən əldə edilir. Adanın şimalında yeganə iri şəhər Kyardladır.

Adanın əhalisi 10,9 min nəfər təşkil edir. Ada əhalisi Hiyumaalılar[4] (est. hiidlased) adlandırılır.

  1. "Hiiumaa.ee" (eston). 2012-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 yanvar 2011.
  2. Даго // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
  3. "Vokruq Sveta". 2021-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-31.
  4. "Severnoje Poberezje". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-31.