Mulen de la Qalettdə rəqs gecəsi (fr. Bal du moulin de la Galette) - Fransız impressionist rəssamı Pyer-Ogüst Renuar tərəfindən 1876-cı ildə çəkilmiş rəsm əsəri. Tablo üçün rəssam öz dostlarından poza verməyi xahiş etmişdir, belə ki, onların bir qismini rəqs edənlərin və masa arxasında əyləşənlərin arasında asanlıqla görüb tanımaq olar. Tablonun çəkilişi zamanı rəssam çətin bir məsələnin öhdəsindən gəlməyə çalışmış, günəş şüalarının akasiya ağacının yarpaqları arasından süzülüb keçməsini, rəqs edənlərin və masa arxasında əyləşənlərin sifətlərində və geyimlərində əks olunmasını təsvir etməyə səy göstərmişdir.
Mulen de la Qalettdə rəqs gecəsi | ||
---|---|---|
fr. Bal du moulin de la Galette | ||
| ||
Rəssam | Pyer-Ogüst Renuar | |
Tarixi | 1876 | |
Üslubu | məişət janrı | |
Texnikası | Kətan, yağlı boya 131x175 sm | |
Ölçüləri | 131 sm × 175 sm | |
Materialı | yağlı boya[d] | |
Saxlanıldığı yer | Orse muzeyi, Paris | |
İnventar nömrəsi | RF 2739[1] | |
Vikianbarda əlaqəli mediafayllar |