Murad İbrahimbəyov — Rejissor. Ssenari müəllifi.
Murad İbrahimbəyov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Fəaliyyəti | ssenarist, kinorejissor |
IMDb | ID0406533 |
Murad İbrahimbəyov 1965-ci ildə Bakıda doğulub. Hələ məktəbli ikən hekayələr yazar, ədəbi nəşrlərdə çap etdirərdi. Orta təhsilini başa vurduqdan sonra böyüdüyü ab-havanın təsirilə o, Rusiya Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Sergey Gerasimovun kursunda təhsil alan M. İbrahimbəyov hərbi xidmətdən qayıtdıqdan sonra İqor Talankinin emalatxanasında məşğul olur. Kinodakı 10 illik fəaliyyətində o, üç tammetrajlı - "Qızıl buğaların valsı", "Gənc qadın üçün kişi", "Olmuş hadisə" və bir neçə qısametrajlı ("Dundukley", "Bir nəfər hamı üçün") film çəkib. Atasının povesti əsasında çəkdiyi "Gənc qadın üçün kişi" filmi ABŞ, Latın Amerikası, Misir, Bolqarıstan, Polşa, Fransa, İspaniya və Türkiyədə keçirilən kinofestivallarda nümayiş etdirilərək, müəllifinə bir sıra mükafatlar qazandırıb. Bundan başqa, rejissor ötən əsrin 95-96-cı illərində "İlin rejissoru" kimi, Rusiyanın "Yaşıl alma, qızıl yarpaq" mükafatına, "Kinoşok"un və kinotənqidçilərin "Ədəbiyyat və kino" festivalının mükafatlarına layiq görülüb.
Əsasən komediya janrında işləyən rejissor özünü heç də bir istiqamətin nümayəndəsi saymır. O, müxtəlif reklam çarxları işləməkdən belə çəkinmir. Murad İbrahimbəyovun fikrincə, reklamı da öz səviyyənə uyğun lentə almalısan.[1]