Murad Həsən oğlu İmanov — Azərbaycanlı alim, riyaziyyat üzrə elmləri doktoru.
Murad İmanov | |
---|---|
Murad Həsən oğlu İmanov | |
Doğum yeri | Ərəfsə kəndi, Sisian rayonu |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
Murad Həsən oğlu İmanov Qərbi Azərbaycanın Zəngəzur bölgəsi Sisian rayonunun Ərəfsə kəndində ziyalı ailəsində anadan olmuşdur. Naxçıvan şəhər internat məktəbini qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir, riyaziyyat üzrə elmlər doktorudur. Azərbaycan Respublikası Təhsil Nazirliyində çalışır.
1214.01 – “Dinamik sistemlər və optimal idarəetmə” ixtisası üzrə mütəxəssisdir. "Faza məhdudiyyətli optimal idarəetmə məsələlərinin requlyar həllərinin oxşar həllər metodu vasitəsilə tədqiqi” mövzusu üzrə dissertasiya müdafiə etmişdir.[1]
Bir sıra beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etib.
Azərbaycanda elmin inkişafındakı xidmətləri vardır.