Murad Məmmədov (biznesmen)

Murad Məmmədov (tam adı: Murad İzi oğlu Məmmədov; 22 fevral 1951, Qaryagin2018, Novxanı, Abşeron rayonu) — Azərbaycan biznesmeni, Sevimli Dad "M&T ltd" şirkətinin təsisçisi və səhmdarı. "Made in Azerbaijan" markasının qida sənayesi üzrə ən yüksək ixtisaslı mütəxəssislərindən biri kimi tanınmışdır.

Murad Məmmədov
Murad İzi oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Qoçəhmədli, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (67 yaşında)
Vəfat yeri Novxanı, Abşeron rayonu, Azərbaycan
Vəfat səbəbi Ağ ciyər xərçəngi xəstəliyi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Dilarə Məmmədova
Uşaqları Fatma, Nigar
Atası İzi Məmmədov
Anası Fizzə Məmmədova
Milliyyəti azərbaycanlı
İxtisası "Ət və ət məhsullarının texnologiyası"
Təhsili Stavropol Politexnik İnstitutu
Fəaliyyəti sahibkar

Həyatı[redaktə | mənbəni redaktə et]

Murad Məmmədov 22 fevral 1951-ci ildə Füzuli rayonu Qoçəhmədli kəndində dünyaya gəlmişdir. 1968-ci ildə kənd orta məktəbini, 1971-ci ildə Bakı Yeyinti Sənaye Texnikumunu bitirmişdir. 1973-cü ildə əskəri xidməti başa vurduqdan sonra Keşlə Ət Kombinatında əmək fəaliyyətinə başlamış və 1988-ci ilədək həmin kombinatda çalışmışdı. 1978–1983-cü illərdə Stavropol Politexnik İnstitutunda "Ət və ət məhsullarının texnologiyası" ixtisası üzrə ali təhsil almışdır. 1988-ci ildə Xırdalan Ət Kombinatında fəaliyyətə başlamış, 1993-cü ilədək orada sex rəisi vəzifəsində çalışmışdır. 1993-cü ilə yaxın dostu Hacı Turqayla birlikdə "M&T" MMC adlı müəssisə yaratmış və 9 iyul 2018-ci ilədək həmin müəssisədə direktor vəzifəsində çalışmışdır.

Bu illər ərzində o, Azərbaycanda ət və ət məhsulları sahəsində yüksək ixtisaslı, bacarıqlı bir mütəxəssis kimi tanınmışdır.

Nəsil şəcərəsi[redaktə | mənbəni redaktə et]

Murad Məmmədovun İki qızı (Fatma, Nigar) və iki nəvəsi (Murad, Elif) var.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]