Murad Məmmədov (mayor)

Murad Məmmədov

Murad Yaşar oğlu Məmmədov[1] (2 yanvar 1986, Leninakan (indiki Gümrü) şəhəri, Ermənistan Respublikası - 30 noyabr 2021, Xızı rayonu, Qaraheybət aviasiya poliqonu) — Dövlət Sərhəd Xidməti Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanlığının mayoru,[2] Hərbi pilot. Vətən müharibəsinin iştirakçısı.

Murad Məmmədov
Şəxsi məlumatlar
Doğum tarixi 2 yanvar 1986(1986-01-02)
Doğum yeri Gümrü, Ermənistan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Xızı rayonu, Azərbaycan
Dəfn yeri İkinci Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Sərhəd Qoşunları
Rütbəsi mayor
Döyüşlər


Murad Yaşar oğlu Məmmədov 1986-cı il yanvar ayının 2-də Ermənistan Respublikasının Leninakan (indiki Gümrü) şəhərində anadan olmuşdur.

Orta təhsilini 1993-2004-cü illərdə Suraxanı rayonu 278 saylı orta məktəbdə almışdır. Orta məktəbdə oxuyarkən Tofiq İsmayılov adına uşaq-gənclər yaradıcılıq mərkəzində 5 il rəssamlıq üzrə təhsil almışdır. Murad Məmmədovun rəssamlıq təhsili aldığı dövrdə fərdi sərgisi təşkil olunmuşdur. Əl işləri böyük rəğbətlə qarşılanmışdır. Sərgidə nümayiş olunan rəsmlərdən biri Yaponiyada təşkil olunan rəsm müsabiqələrinin birində sərgilənməsi üçün göndərilmişdir.

Rəssamlıq Akademiyasına hazırlaşdığı dövrdə gözlənilmədən istiqamətini dəyişərək hərb sahəsini seçmişdir. 2004-2008-ci illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında Sərhəd Qoşunları fakültəsində ali-hərbi təhsil almışdır.

Hərbi xidməti

[redaktə | mənbəni redaktə et]

2008-ci ildən Göytəpə Sərhəd dəstəsinin Sərhəd zastavalarında zastava rəisinin müavini vəzifəsində xidmət etmişdir. 2010-cu ildə Milli Aviasiya Akademiyasına dəvət olunaraq müxtəlif kurslar və təlimlər keçərək Dövlət Sərhəd Xidmətinin Aviasiya dəstəsində pilot kimi fəaliyyətə başlamışdır. Qısa müddətdə An-2 təyyarə eskadrilyasının manqa komandiri vəzifəsinə qədər yüksəlmişdir.

Azərbaycan Ordusunun Dövlət Sərhəd Xidmətinin hərbi pilotu olan mayor Murad Məmmədov 2020-ci il sentyabr ayının 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib. Murad Məmmədov müharibə zamanı " AN-2 Antonov " təyyarələrini idarə edən yüksək hazırlıqlı, peşəkar pilotlardan biri olmuşdur.

Son olaraq Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanlığı qəragahının taktiki hazırlıq və hava atəşi üzrə zabiti vəzifəsində xidmət etmişdir.

30 noyabr 2021-ci il ildə saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli 20136 bort nömrəli hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən " Qaraheybət " aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən 35 yaşında şəhid olmuşdur.

Murad Məmmədov qəza nəticəsində şəhid olan daha 13 nəfər zabit yoldaşı ilə birlikdə dekabr ayının 1-də Sərhədçi İdman Olimpiya Mərkəzində təşkil olunan rəsmi vida mərasiminin ardından ǁ Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Ailəli olub, iki qız övladı yadigar qalıb.

Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 24.12.2020-ci il tarixli sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 30.12.2020-ci il tarixli sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilmişdir.

17.08.2009 - "Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi" yubiley medalı.

29.12.2013 - "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı

03.12.2014 - "Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi" yubiley medalı

18.08.2015 - "Qüsursuz xidmətə görə " 3-cü dərəcəli medalı

16.08.2018 - "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

14.08.2019 - "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı

20.03.2021 - "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı

24.12.2020 - "Cəbrayılın azad olunmasına görə" medalı

30.12.2020 - "Hərbi xidmətlərə görə" medalı


  1. "Helikopter qəzasında həlak olan hərbçilərdən biri Zirədə, biri Əmircanda, biri isə Beyləqanda dəfn olunacaq". Azəri Press Agentliyi (az.). 1 dekabr 2021. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.
  2. "Helikopter qəzasında ölənlərin SİYAHISI". Lent.az (az.). 30 noyabr 2021. 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 dekabr 2021.