Murad Tuzcu (1952, İstanbul) — türkiyəli kardioloq, jurnalist və yazıçı.
Murad Tuzcu | |
---|---|
Doğum tarixi | 1952 |
Doğum yeri | |
Milliyyəti | Türk |
Elm sahəsi | Kardiologiya |
Alma-mater | Klivlend Klinikası |
Təhsili |
İstanbul Universiteti Klivlend Klinikası Massaçusetts Ümumi Xəstəxanası |
Üzvlüyü | "American College of Cardiology" |
1952-ci ildə Türkiyənin İstanbul şəhərində dünyaya gəlmişdir.
1971-ci ildə Kadiköy Maarif Kollecini bitirmiş, 1977-ci ildə İstanbul Universitetinin Tibb Fakültəsində ali təhsilini tamamlamışdır. Uzmanlıq dərəcəsini yenə eyni fakültədə daxili xəstəliklər barədə almışdır.
Təhsilini bitirdikdən sonra Elazığ vilayətində 3 il daxili xəstəliklər üzrə həkim kimi çalışmışdır. 1985–1989-cu illərdə Klivlend Klinikasında da kardiologiya sahəsində təhsil almış. bundan sonra 1989–1990-cı illərdə Bostonda yerləşən Massaçusets Ümumi Xəstəxanasında özəl ixtisas almışdır. 1990–1991-ci illərdə Harvard Universitetinin Tibb fakültəsində müəllim kimi çalışdıqdan sonra 1992-ci ildən Klivlend Klinikasında həm işləməkdə, həm də müəllimlik etməkdədir. O, eyni zamanda klinikanın kardiologiya bölməsinin müdir müavinidir. Kardiologiya sahəsində etdiyi araşdırmalar və yeni müalicə üsullarına görə tibb sahəsində tanınmaqdadır.[1]
Murad Tuzcu dünyanın ən böyük beynəlxalq kardiologiya konresi olan "American College of Cardiology"nin 2007-ci ildə Elmi Şurasının rəhbəri olmuşdur.[2]
Tibb sahəsindəki fəaliyyəti ilə yanaşı Türkiyənin Milliyyət qəzetində köşə yazarlığı ilə də məşğuldur. "Qəlbimizi dinləyəlim" adlı kitabı "Doğan" nəşriyyatı tərəfindən nəşr edilmişdir.[3][4]