Emin İbrahimağa oğlu Muradov — (27 fevral 1986; Biləsər, Lənkəran rayonu,Azərbaycan- 20 okyabr 2020, Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Muradov Emin | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran;Biləsər |
Vəfat tarixi | (34 yaşında) |
Vəfat yeri | Qubadlı |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Lənkəran;Biləsər |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Həyat yoldaşı | Muradova Nurəngiz |
Uşaqları | Muradova Xədicə; Muradov İsmayıl |
Atası | Muradov İbrahimağa |
Anası | Muradova Ənbərnisə |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 01.10.2020-20.10.2020 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | Snayperçi |
Döyüşlər | Füzuli;Cəbrayıl;Xocavənd;Qubadlı |
Təltifləri |
Emin Muradov 1986-cı il fevralın 27-də Lənkəran şəhərində anadan olub. Orta təhsilini Biləsər kənd orta məktəbində alıb. Ailəli idi. Qızı Xədicə Muradova və oğlu İsmayıl Muradov şəhidin bizə yadigarıdır.
Azərbaycan Ordusunun əsgəri olan Emin Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Xocavəndin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.Emin Muradov oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Lənkəran şəhərinin Biləsər kəndində dəfn olunub.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Emin Muradov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunması", "Qubadlının azad olunması", "Xocavəndin azad olunması", "Füzulinin azad olunması" medalları ilə təltif edilib.