Biləsər — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.[1] Əhalisi 1366 nəfərdir.[2] Peştəsər silsiləsinin yamacında yerləşir.
Biləsər | |
---|---|
38°37′39″ şm. e. 48°42′00″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lənkəran rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 494 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rayon mərkəzindən 38 kilometr cənub-qərbdə, Bəşəru çayının sağ sahilində, Peştəsər silsiləsinin yamacındadır. Şimaldan Daşdatük, cənubdan Seliqavol, Alazəpin, Astara rayonunun Motlayataq, qərbdən Lerik rayonunun Ancaqəv kəndləri ilə əhatə olunmuşdur.
Toponim talış dilində Biləsə adlanır. Talış dilindəki bil (bataqlıq, göl) və sər (baş) sözlərinin birləşməsindən (-ə bitişdirici saitdir) ibarət olub, "gölün baş tərəfində və ya kənarında olan kənd" kimi izah olunur.[3]
Əhali heyvandarlıq, arıçılıq və tərəvəzçiliklə məşğuldur. Kənddə 1934-1964-cü illərdə kolxoz, 1964-1997-ci illərdə sovxoz təsərrüfatı fəaliiyyət göstərmişdir. Kənddə orta məktəb (1931), klub, kitabxana, həkim ambulatoriyası, ATS, poçt şöbəsi, məişət xidməti obyektləri vardır.[4]
Lənkəran rayonunun Biləsər kəndi yaxınlığında eyniadlı mineral bulaq vardır. Bulağın suyu soyuq və kükürdlüdür. Bundan əlavə rayondan adı Biləsər kəndinin adından götürülən və Bəşəru çayının bir qolu olan Biləsər çayı da axır.