Murrey (ing. Murray) — Avstraliyanın ən uzun çayıdır. Darlinq çayı ilə birlikdə dünyanın ən uzun çay sistemlərindən birini əmələ gətirir. Çay hövzəsinin sahəsi 1000000 km² təşkil edir. Viktoriya (ştat) və Yeni Cənubi Uels ştatları ərazisindən axır.
Murrey çayı | |
---|---|
ing. Murray River | |
Ölkə | Avstraliya |
Mənbəyi | Avstraliya alpı |
Mənsəbi | Hind okeanı |
• Yüksəkliyi | 0 m |
Uzunluğu | 2375 km |
Su sərfi | 767 m³/s |
Su hövzəsi | Aleqzandrina gölü |
Hövzəsinin sahəsi | 1061469 km² |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Öz başlanğıcını Avstraliya Alpından götürür. Keçmişdə çay dəfələrlə məcrasını dəyişmişdir. İrriqasiyaya cəlb edilməsi naviqasiyaya imkan vermir. Sahillərində çoxlu sayda dovşanın yayılması böyük erroziyaya səbəb olmuşdur.
Əsas qolları: Darlinq, Marrambici, Laxlan, Qolborn çayə, Kampaspe, Loddon.