Murtazəli Xulatayeviç Rabadanov (14 yanvar 1962, Xasavyurd rayonu, Dağıstan MSSR) — 2008-ci ildən Dağıstan Dövlət Universitetinin rektoru, fizika-riyaziyyat elmləri doktoru.
Murtuzəli Rabadanov | |
---|---|
avar. Мухlу Гьимбатил Гlалиев Murtuzəli Xulatayeviç Rabadanov | |
6 fevral 2006 – 20 fevral 2010 | |
Əvvəlki | Səid Əmirov |
Sonrakı | Maqomed Süleymanov |
Dağıstan Dövlət Universitetinin rektoru | |
Vəzifədədir | |
6 mart 2008-ci ildən | |
Əvvəlki | Ömər Ömərov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 yanvar 1962 (61 yaş) |
Doğum yeri | |
Təhsili | |
Hərbi xidmət | |
Mənsubiyyəti |
SSRİ Rusiya |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Rabadanov Murtazəli Xulataeviç 14 yanvar 1962-ci ildə Xasavyurd rayonunun Sulevkənd kəndində anadan olmuşdur. Onun valideynləri 1944-cü ildə sakinləri Çeçenistana köçürülən Daxadayevski rayonunun Sulevkənd kəndindəndir və 1957-ci ildə çeçenlərin Qazaxıstandan geri qayıtması ilə Dağıstana, Xasavyurt rayonu ərazisinə qayıtmışdılar.[1] Milliyətcə dargidir.[2]
2007-ci ilin dekabr ayından Murtuzəli Rabadanov Dağıstan Dövlət Universitetinin rektoru vəzifəsini icra edir.
6 mart 2008-ci ildə universitet kollektivinin ümumi yığıncağında Murtazəli Rabadanov Dağıstan Dövlət Universitetinin rektoru seçildi. Bu Universitetə rəhbərlik etdiyi müddətdə Universitetin işində, xüsusən maddi sahədə,həmçinin elm sahəsində alimlərin fəallaşmasına, korrupsiyaya qarşı mübarizədə müsbət dəyişikliklərə nail ola bildi.
2012-ci ilin dekabrında Murtuzəli Rabadanov ikinci müddətə Dağıstan Dövlət Universitetinin rektoru seçildi.
Murtazəli Rabadanov 165 elmi nəşrin müəllifidir. Soros dosenti (1999), Görkəmli elm adamları mükafatı laureatıdır. 'Elm namizədi və elmlər doktoru (2006, 2007), Rusiya Milli Kristalloqrafiya Komitəsinin üzvüdür.[3]
13 mart 2011-ci ildə "Vahid Rusiya" siyasi partiyasından 5-ci çağırış Dağıstan Respublikası Xalq Məclisinin deputatı seçilmişdir. O, həmçinin Təhsil, Elm və Mədəniyyət Komitəsinin üzvüdür.
12 may 2011-ci ildə Murtazəli Rabadanov bir müddətliyinə daha Dağıstan Respublikası Ziyalılar Konqresi Şurasının sədri seçildi. Açılış nitqində Murtuzəli Rabadanov Konqresin işini "bölgədəki ictimai-siyasi vəziyyəti sabitləşdirmək, çoxmillətli mədəniyyətin və elmin inkişafı, təhsil və səhiyyə sisteminin təkmilləşdirilməsi" proqramlarının hazırlanmasında gördüyünü bildirdi.
13 iyun 2013-cü ildə Murtuzəli Rabadanov Mahaçqala bələdiyyə başçısı vəzifəsini icra etməyə başladı.[4]
3 aprel 2014-cü ildə Murtuzəli Rabadanov Mahaçqala Bələdiyyə başçısı vəzifəsindən öz istəyi ilə istefa verdi.
Dağıstanın başçısı Ramazan Abdulatipov Mahaçqala Bələdiyyə başçısı vəzifəsindən istefa verən Murtuzəli Rabadanova şəhər üçün, şəhərin abadlaşdırılması və gözəlləşdirilməsi yolunda göstərdiyi xidmətlərinə görə onu Dağıstan Respublikasının Şərəf nişanı ilə mükafatlandırdı.[5]