Murtuza Əhmədli

Murtuza Qasım oğlu Əhmədli (4 mart 190620 may 1979) — Kimya elmləri doktoru, professor

Murtuza Əhmədli
Doğum tarixi 4 mart 1906(1906-03-04)
Vəfat tarixi 20 may 1979(1979-05-20) (73 yaşında)
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Elm sahəsi kimya
Elmi dərəcəsi
Elmi adı
İş yeri
Təhsili
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni
Azərbaycan SSR əməkdar elm xadimi

Murtuza Əhmədli 4 mart 1906-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoji fakültəsinin Təbiət şöbəsini bitirmişdir. 1930-cu ildə elmi-pedaqoji fəaliyyətə başlamışdır. 1948-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş və həmin ildə professor elmi adı almışdır.

Murtuza Əhmədli 1941-ci ildən 1979-cu ilə qədər Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. Elmi fəaliyyəti əsasən üzvi reaktivlərin kimyada tətbiqi ilə əlaqədardır. Azərbaycanda fotometrik analiz mete əsasını qoymuş və inkişaf etdirmişdir. Yeni üzvi reaktivlər sintez etmiş, onları qeyri-üzvi maddələrin təyinində tətbiq etmiş, məlum reaktivlərin imkanlarının artırılması sahəsində mühüm tədqiqatlar aparmışdır Murtuza Əhmədli kompleks əmələgəlmə reaksiyalarını təkmilləşdirərək, mürəkkəb tərkibli sistemlərdən istifadə zamanı, fotometrik təyinatlarda, həssaslıq və s. kimi analitik göstəricilərin əhəmiyyətli dərəcədə yüksəldiyini müəyyənləşdirir.

O, SSRİ-nin bır sıra elmi-tədris mərkəzləri və akademiklər Y. A. Zolotov, İ. V. Tananayev, A. K. Babko, İ. M. Kor N. S. Poluetkov kimi alimlərlə əlaqələr yaradaraq, Azərbaycan kimyanın inkişafına və kimyaçı alimlərin hazırlanmasında yaxından iştirak etmiş və onlara rəhbərlik etmişdir. 400-dən çox elmi əsərin müəllifidir.

Onun rəhbərliyi ilə 18 namizədlik və doktorluq dissertasiyası müdafiə olunmuşdur.[1]

  1. Bakı Dövlət Universitetinin professorları. — Bakı, 2014