İslamov Musa İsa oğlu - filologiya elmləri doktoru, professor.
Musa İslamov | |
---|---|
Musa İsa oğlu İslamov | |
Doğum tarixi | |
Doğum yeri | Baş Göynük, Şəki rayonu |
Vəfat tarixi | |
Vəfat yeri | Baki |
Musa İslamov 1923-cü ildə anadan olmuşdur. Baş Göynük kənd orta məktəbini bitirdikdən sonra 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsinə daxil olmuş, 1949-cu ildə həmin fakültəni fərqlənmə diplomu ilə qurtarmışdır. 1954-cü ildə Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əyani aspiranturasına qəbul olunmuş və 1961-ci ildə "Nuxa dialekti" mövzusunda namizədlik, 1973-cü ildə isə "Türk dillərində əvəzliklər" mövzusunda doktorluq dissertasiyalarını uğurla müdafiə etmişdir.
Musa İslamov 100-dən çox elmi məqalənin və bir çox monoqrafiyanın müəllifidir. Rəhbərliyi altında 9 nəfər namizədlik, 2 nəfər isə doktorluq dissertasiyası müdafiə etmişdir. Redaktorluğu və iştirakı ilə "Azərbaycan dilinin dialektoloji atlası" və ikicildlik "Azərbaycan dilinin dialektoloji lüğəti" hazırlanıb çap edilmişdir. Sovet hökuməti dövründə "SSRİ-dəki türk dillərinin dialektoloji atlası" adlı ümumittifaq mövzusunun Azərbaycan üzrə icraçısı və Qafqaz zonası üzrə rəhbəri seçilmiş, SSRİ EA Ədəbiyyat və Dil, eləcə də Azərbaycan Ali və Orta İxtisas Təhsili Nazirliyi nəzdində Elmi-Metodik Şuranın, Nəsimi adına Dilçilik İnstitutu və BDU-nun İxtisaslaşdırılmış Doktorluq Müdafıə Şurasının üzvü olmuşdur. Otuz ildən artıq İ.Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan dialektologiyası şöbəsinin müdiri işləmiş, Azərbaycan dialektologiyasınm müxtəlif problemləri üzrə dəyərli tədqiqat işləri aparmışdır.
Musa İslamov 2000-ci ildə vəfat etmişdir.