Musa Mirzəyev

Mirzəyev Musa Abdulla oğlu (26 yanvar 1933, Bakı29 yanvar 2016, Bakı) — Azərbaycan Respublikasının xalq artisti (2005), professor (2002), Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, təcrübəli pedaqoq, prezident təqaüdçüsü, "Şöhrət" və "Şərəf" ordenləri laureatı.

Musa Mirzəyev
Musa Abdulla oğlu Mirzəyev
Musa Abdulla oğlu Mirzəyev
Musa Abdulla oğlu Mirzəyev
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri II Fəxri Xiyaban
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı İlyas Mirzəyev
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Fəaliyyət illəri 1958-2016
Janrlar simfonik metal, kamera musiqisi
Təhsili
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1982 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2005
"Şöhrət" ordeni — 2003 "Şərəf" ordeni — 2013

Musa Abdulla oğlu Mirzəyev 1933-cü il yanvarın 26-da anadan olmuşdur.

Musa Mirzəyevin geniş erudisiyaya və ensiklopedik məlumata malik yüksək peşəkar səviyyəli musiqiçi kimi formalaşmasında onun müəllimlərinin xüsusi rolu olmuşdur. Bəstəkar musiqi məktəbində sənətin ilk sirlərini öyrəndiyi Əməkdar müəllim Leyla xanım Muradovanı, A. Zeynallı adına Bakı Musiqi Texnikumunda (1947–1951) oxuduğu illərdə ilk bəstəkarlıq dərsləri aldığı professor Boris Zeydmanı, xüsusilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (1952–1958) bəstəkarlıq sinfində təhsil aldığı dahi bəstəkar və əvəzedilməz pedaqoq, professor Qara Qarayev olub. Bəstəkarın yaradıcılığında simfonik və kamera musiqisi janrlarında yazılmış əsərlər üstünlük təşkil edir. Onun monumental "I simfoniya", "Simfoniyetta", simli orkestr üçün "II simfoniya", violin və simfonik orkestr üçün simfoniya-konsert, poemalar — o cümlədən "Sədini oxuyarkən", "Bayram poeması", truba ilə orkestr üçün "Poema-noktürn", "Yeddi simfonik lövhə" kimi simfonik əsərləri, habelə kvartet, trio, sonata-kapriççio, "Gənclik üçün albom", "Lənkəran əfsanəsi" fantaziyası, "Romantik poema", vokal silsilələri, mahnıları, xor əsərləri onun yüksək peşəkarlığının təzahürüdür. Sənətkar hər bir əsərin ərsəyə gəlməsinə böyük məsuliyyətlə yanaşır. Əsərlərinin böyük əksəriyyəti ilk dəfə görkəmli musiqi kollektivləri — o cümlədən, Ümumittifaq Televiziyası və Radiosunun Simfonik Orkestri, Moskva Filarmoniyasının Simfonik Orkestri, Krım Dövlət Filarmoniyasının Simfonik Orkestri tərəfindən ifa edilmişdir. Bəstəkarın vaxtaşırı Rusiyanın, habelə Türkiyənin müxtəlif şəhərlərində keçirilən kamera musiqisindən ibarət müəllif konsertləri dinləyicilərdə böyük rəğbət doğurur.

Musa Mirzəyev həmçinin Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin yeni musiqi redaktəsini hazırlamış və əsər 1999-cu ildə məhz bu redaktədə tamaşaya qoyulmuşdur.

Bəstəkar uzun illərdir pedaqoji fəaliyyət göstərərək, öz bilik və bacarığını gənc musiqiçi nəslinin yetişdirilməsinə sərf edir. O, 1992-ci ildən görkəmli pianoçu, SSRİ və Azərbaycanın Xalq artisti, professor, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin dəvəti ilə bu təhsil ocağında mahir orkestr bilicisi kimi pedaqoji fəaliyyət göstərməyə başlamışdır. Akademiyanın dirijorluq kafedrasında "Simfonik alətləşdirmə" və "Xor aranjimanı" fənlərindən dərs deyən bəstəkar gənc musiqiçilərə sənətin sirlərini böyük həvəslə öyrədir.

Musa Mirzəyevin ictimai musiqi xadimi kimi fəaliyyəti də çox önəmlidir. O, müxtəlif illərdə M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri vəzifəsində çalışaraq təcrübəli musiqi təbliğatçısı və gözəl təşkilatçı kimi respublikanın musiqi həyatında böyük xidmətlər göstərmişdir. 1959-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olan Musa müəllim ittifaqın 2012-ci ilin dekabrında keçirilmiş IX qurultayında İdarə Heyətinin üzvü seçilmişdir. Bəstəkar həmçinin "Simfonik musiqi" bölməsinin sədri və Bəstəkarlar İttifaqının Lənkəran bölgə təşkilatının sədri kimi fəal ictimai iş aparır. O, dəyərli məsləhətləri və zəngin təcrübəsi ilə həmişə həmkarlarına yaxından kömək göstərir.

Musa Mirzəyev 83-cü ad günündən 3 gün sonra, 29 yanvar 2016-cı ildə Bakıda insultda vəfat etmişdir.[1]

Bəstəkar İlyas Mirzəyevin atasıdır.

  • Azərbaycan SSR əməkdar incəsənət xadimi — 01.12.1982[2]

Musa Mirzəyevin yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilmişdir.1982-ci il Azərbaycan SSR əməkdar incəsənət xadimi,2006-cı ildə Azərbaycan Respublikasının Xalq Artisti,2003-cü ildə Heydər Əliyev tərəfindən "Şöhrət" ordeni 2013-cü ildə İlham Əliyev tərəfindən "Şərəf" ordeni layiq görülüb.

  • Sergey Yeseninin sözlərinə "Fars motivləri" vokal-simfonik Poema (1975)
  • Piano üçün "Lənkəran əfsanəsi" Fantaziyası (1990);
  • Piano üçün 5 uşaq Pyesi (1990);
  • F. Əmirovun "Nizami" baletinin tamamlanması, okrestrləşdirilməsi və musiqi redaktəsi (1990–1991); *Kamera orkestri üçün Simfoniya (1992);
  • Piano üçün "Qəmli melodiya" (1993);
  • Piano üçün konsert-rondo (1993);
  • Skripka və piano üçün "Cəld hərəkət" (1994);
  • H. Ziyanın söz. a'capella xoru üçün "Qeyrət vaxtıdır" Poeması (1995);
  • Böyük simli orkestr üçün "Dahi sənətkara – Üzeyir Hacıbəyova ithaf" Poeması (1998);
  • Tatarıstan Respublikasının Dövlət Himninin /bəstəkar – R. Yaxin/ aranjimanı və simfonik orkestri üçün transkripsiyası (1998);
  • Kamera orkestri üçün "Polifonik simfoniya" (1999);
  • Ə. Bədəlbəylinin "Qız qalası" baletinin yeni musiqi redaktəsi, simfonik orkestr üçün yenidən işlənməsi və aranjimanı (1999);
  • Skripka və piano üçün "Romantik poema" (2000);
  • Uşaq xoru üçün 2 mahnı: "Vətən" /söz. Q. İsabəyli/, "Dəcəl pişik" /söz.-İ. Tapdıq/ (2000);
  • Səs və simfonik orkestr üçün "İncəsənət duyğuları" (2001);
  • Səs və simfonik orkestr üçün "Bir cüt qu quşudur canan əlləri" kiçik Poeması /T. Mirzəyevaya həsr olunub/ (2001);
  • H. Ziyanın söz. solist və xor üçün "Salam ulu rəhbər" kiçik Kantata /Prezident H. Əliyevə həsr olunub/ (2001).
  1. "Prezident İlham Əliyev xalq artisti Musa Mirzəyevin ölümü ilə bağlı nekroloq imzalayıb". 2016-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-29.
  2. Respublikanın musiqi sənəti xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machineanl.az saytı

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]