Musa Musayev (parazitoloq)

Musayev Musa Əbdürəhman oğlu (27 dekabr 1921, Gəncə4 dekabr 2010 və ya 4 oktyabr 2010, Bakı) — baytarlıq elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Biologiya elmləri bölməsinin akademik-katibi, AMEA Zoologiya İnstitutunun direktoru.

Musa Musayev
Musa Əbdürəhman oğlu Musayev
Doğum tarixi
Doğum yeri Gəncə
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı
Elm sahəsi parazitologiya
Elmi dərəcəsi
  • baytarlıq elmləri doktoru[d]
Elmi adı professor
İş yeri AMEA Zoologiya İnstitutu
Təhsili
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Həyatı[redaktə | mənbəni redaktə et]

Musa Musayev 27 dekabr 1921-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdi.[1] Şeyxülislam Axund Məhəmməd Fərəculla Pişnamazzadənin nəvəsidir.

Əsas elmi nailiyyətləri[redaktə | mənbəni redaktə et]

Xeyli parazit və sərbəst yaşayan ibtidailərin (Protozoa) morfoloji xüsusiyyətləri və sistematikası tədqiq edilmişdir, ekoloji parazitologiyanın bəzi məsələləri işlənilmişdir. Məməlilər və quşlardan 150-dən çox elm üçün yeni koksidi növü təsvir edilmişdir, onlardan 15-nin həyat tərzi açıqlanmışdır. Koksidilər heyvanların bağırsaq, qan və başqa toxumalarında parazitlik etdikdə hüceyrəorqanizm səviyyəsində parazit-sahib münasibətlərinin biokimyəvi və s. mexanizmləri tədqiq edilmişdir. Azərbaycanda zooloji tədqiqatların çoxillik nəticələri çap olunmuş monoqrafiyalarda ümumiləşdirilmişdir.

  • Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1959, biologiya
  • Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 1967, biologiya
  • Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 350
  • Xaricdə çıxmış elmi əsərlərin sayı: 150
  • Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 10

Əsas elmi əsərlərin adları[redaktə | mənbəni redaktə et]

  • SSRİ-də yaşayan gəmiricilərin koksidləri, 1965 (rus dilində).
  • Ev quşları koksidiozlarında parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri, 1977(rus dilində).
  • Qunduzun parazitosenozu və xəstəlikləri, 1987 (rus dilində).
  • Azərbaycan heyvanlar aləmi (I cild) Birhüceyrəlilər və çoxhüceyrəlilər (buğumayaqlılar və xordalılardan başqa), 1995 (rus dilində).
  • Azərbaycanda kənd təsərrüfatı heyvanları arasında kriptosporidlərin yayılması, 1996 (rus dilində).
  • Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: SSRİ Elmlər Akademiyası nəzdində Ümumittifaq Protozooloqlar Cəmiyyətinin vitse-prezidenti (1976–1991)

"Parazitologiya" jurnalının redaksiya heyətinin üzvü (1967-1988)

  • Ukrayna Parazitoloqlar Cəmiyyətinin fəxri üzvü

Təltif və mükafatlar[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan SSR Dövlət mükafatı laureatı - 1991;
  • H.Əliyev adına "Ekologiya sahəsindəki nailiyyətlərə görə" medal və mükafat - 1996;
  • AMEA-nın Fəxri Fərmanı - 2001;
  • "Şöhrət" ordeni - 2001.

Mənbə[redaktə | mənbəni redaktə et]

İstinad[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2010-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-12-04.