Mustafa Nəcati Səpətçioğlu

Mustafa Nəcati Səpətçioğlu 1932[1][2]2006[1][2] — türk tarixi roman yazıçısı.

Mustafa Nəcati Səpətçioğlu
Doğum tarixi 1932[1][2]
Vəfat tarixi 2006[1][2]
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti müəllif

Həyatı[redaktə | mənbəni redaktə et]

Mustafa Nəcati Səpətçioğlu 1930-cu ildə Tokat Ziledə anadan olmuşdur. İlk və orta təhsilini Zilədə almışdır. 1951-ci ildə İstanbul Haydar Paşa liseyini bitirir. 1957-ci ildə İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin Türk dili və ədəbiyyatı bölməsini bitirmişdir. Elə həmin il ədəbiyyat müəllimi Neriman Müəzzəm Gürşenlə ailə həyatı qurur. Ali təhsil aldığı müddətdə ərəb və fars filologiyası dərslərinə də qatılır. Yazıçı təhsilini tamamlayıb hərbi xidmətə yollanır.1959-cu ildə İstanbul Adalar Bələdiyyəsində məmur olaraq işə başlayan Səpətçioğlu müxtəlif yerlərdə məmur olaraq işləmişdir. 1968-ci ildə İstanbul Milli Təhsil nazirliyində işə başlayan yazıçı 1976-cı ilə qədər burada Mudir köməkçisi vəzifəsini icra edir.[3] MM. N. Səpətçioğlu 2006-cı il iyulun 8-də vəfat etmiş və Karacaahmet qəbiristanlığında dəfn edilmişdir.[4]

Yaradıcılığı[redaktə | mənbəni redaktə et]

İlk hekayələri Sivasda "Hakikat" qəzetində dərc olunub (1948). Sonrakı hekayələri İstanbul, Yol, Türk Yurdu, Türk Dili (1955–59). Türk ədəbiyyatı dərgilərində çap olunmuşdur. İlk romanlarında Malazgirdə qədər türk tarixindən bəhs etmiş, sonrakı romanlarında isə Türkiyədəki ictimai-siyasi dəyişikliklərdən və onun nəticələrindən bəhs etmişdir. Yazıçı "Dünkü Türkiye" silsiləsinə daxil olan əsərlərində Səlcuq və Osmanlı dövlətinin yaranma tarixindən bəhs edən tarixi romanlar yazmışdır.

Əsərləri[redaktə | mənbəni redaktə et]

Hekayələri[redaktə | mənbəni redaktə et]

  • Ahdürrezzak Efendi (1956),
  • Menekşeler Ölmemeli (1972),
  • Bir Büyülü Dünya ki (1972).

Romanları[redaktə | mənbəni redaktə et]

  • Çağlayanlı Vadi (1964),
  • Kilit (1971),
  • Anahtar (1973),
  • Kapı (1973),
  • Konak (1974),
  • Çatı (1974),
  • Üçler-Yediler-Kırklar (1975),
  • Bu Atlı Geçide Gider (1977),
  • Karanlıkta Mum Işığı (1978),
  • Darağacı (1979),
  • Sabır (1980),
  • Ebem Kuşağı (1989),
  • Cevahir ile Sadık Çavuş'un Buğday Kamyonu (1980),
  • Gece Vaktinde Gün Dönümü (1980),
  • Geçitteki Ülke (1980,
  • … Ve Çanakkale 1, Geldiler (1989),
  • … Ve Çanakkale 2, Gördüler (1989),
  • … Ve Çanakkale 3, Döndüler (1989, TYB Yılın Romanı Ödülü),
  • Kutsal Mahpus (1990),
  • Sabır Ağacı (1992, 8 cilt, Kıbrıs'ın 4000 yıllık tarihini anlatan roman).
  • Benim Adım Yunus Emre (1994).

Dastan[redaktə | mənbəni redaktə et]

  • Yaratılış ve Türeyiş (1965),
  • Dedem Korkut'un Kitabı (1990),
  • Sonsuza Uyanan Taşlar (1973).

Araşdırma[redaktə | mənbəni redaktə et]

  • Türk Destanları (1986).

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Mustafa Necati Sepetçioğlu // NUKAT. 2002.
  3. Hülya Argunşah. Tarih ve Roman (türk). İstanbul: Kesit yayın. 2016. səh. 415.
  4. Hülya Argunşah. Tarih ve Roman (türk). İstanbul: Kesit yayın. 2016. səh. 449.