Türk Yurdu dərgisi - Türkiyədə çap olunan aylıq dərgidir [1]
'Türk Yurdu dərgisi | |
---|---|
Baş redaktor | Dr. Fahri Atasoy |
Təsis tarixi | 30 Noyabr 1911-ci il |
Şirkət | Prof.Dr. Mehmet Öz |
Qərargah | Ankara, Türkiyə |
Dil | Türk dili |
turkyurdu.com.tr |
Türk Yurdu dərgisi "Türk Yurdu Cəmiyyəti"nin fikirlərini yaymaq üçün 30 noyabr 1911-ci ildə İstanbulda çapa başlamışdır. Türk Yurdu dərgisi 1911-ci ildən etibarən fasilələrlə çap olunmuşdur. Türk Yurdu Cəmiyyətinin bağlanması ilə "Türk Ocaqları"nın çap orqanına çevrilmişdir. Dərgi "Türk Ocakları" Mərkəzinin aylıq çap orqanı olaraq hazırda Ankarada dərc edilir.
30 noyabr 1911 və 15 iyul 1918 tarixləri arasında on beş gündə bir olmaqla İstanbulda otuz iki səhifədən ibarət jurnal dərc edilmişdir. İlk sayı böyük bir maraq ilə qarşılandı və bir neçə dəfə basıldı, Türkiyədə və Türkiyə xaricində geniş bir oxucu kütləsi meydana gəldi.Yeddi il ərzində 14 cild və 161 sayı çıxdı. Ölçüsü 18x25cm idi. Dərginin yayımcısı “Türk Yurdu” idi. Dərginin ilk nəşr olunduğu günlərdə imtiyyaz sahibi Məhəmməd Əmin bəy idi. 1911-ci ildə Məhəmməd Əmin Bəy vali olaraq Ərzuruma göndərilinəndə baş mühasib Akçuraoğlu Yusuf imtiyazçı oldu. Onun Balkan müharibəsinə qatılması ilə 3-cü və 4-cü cildləri Məhəmməd Əmin bəy çıxardı, 5-ci cilddən 12-ci cildə qədər Akçuraoğlu Yusuf tərəfindən çıxarıldı. 13-cü və 14-cü cildləri isə Cəlal Sahir Bəy çıxardı. Dərgi, Birinci Dünya müharibəsinin yaratdığı mənfi şəərtlər səbəbilə 15 iyul 1918-ci ilə qədər nəşrinə fasilə verildi.
1923-1931-ci illər aralığında dərgi Ankarada yenidən nəşr olunmağa başladı. Bu yeni dövr 15 mart 1923-də nəşr olunan sayından başlayır. Dərginin naşiri Türk Ocağı idi. Dərginin 4 sayı çıxdıqdan sonra yenidən nəşrinə ara verildi. 1924-cü ilin oktyabrında 1-ci cildlə nəşrin olunmağa davam etdi. Ölçüsü 16x23-ə yüksəldi. 1927-ci ilin sentybrından 1928-ci il yanvarın 28-ə qədər dərginin ölçüsü 21x28cm oldu. 1929-cu ilin fevralından etibarən dərgi tamamən yeni hərflərlə çıxmağa başladı. Bu dövrdə Nihat bəy, Cəmil Behçet bəy, Ənvər Kamil bəy, Fərid Cəlal (Güvə) bəy, Mustafa (Uluğ) tərəfindən idarə olundu. 10 aprel 1931-ci ildə Türk Ocaqlarının bağlanması ilə Türk Yurdu 233-cü sayında nəşrini dayandırdı.