Mustafa Səbri Əfəndi

Mustafa Səbri Əfəndi (22 iyun 1869, Tokat12 mart 1954, Qahirə) — İslam alimi, hənəfi hüquq məzhəbinin təmsilçisi, Osmanlı imperiyasının şeyxülislamı.

Mustafa Səbri Əfəndi
türk. Mustafa Sabri Efendi
ƏvvəlkiHeydərizadə İbrahim Əfəndi
SonrakıHeydərizadə İbrahim Əfəndi
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tokat Osmanlı imperiyası
Vəfat tarixi (84 yaşında)
Vəfat yeri
Fəaliyyəti ilahiyyatçı, universitet müəllimi[d], müəllif
Dini islam
Elmi fəaliyyəti
Elm sahəsi fiqh

Din alimlərindən Əhməd Əfəndinin oğlu olan Mustafa Səbri 1869-cu il iyun ayının 22-də Osmanlı imperiyasının Toqatşəhərində anadan olmuşdur. İbtidai təhsili Toqatda aldıqdan sonra Kayseriyə gedərək Hoca Əmin Əfəndidən ərəbcə, məntiq, fiqh üsulu, təfsir, hədsi kimi dini dərslər almışdır. Daha sonra İstanbula gələn Mustafa Sabri, burda "Hüzur Dərsləri Mukarrirləri (dərsi təkrar edərək başa salan müəllim) "ndən Əhməd Asim Əfəndidən aldığı dərslərlə təhsilini başa vurmuşdur.[1]

Mustafa Səbri 1890-cı ildə açılan "Ruus"[2] imtahanını uğurla verərək müəllimlik etmək hüququ əldə etdi və Fatih Mədrəsəsində müəllim oldu.[3] Onun burdakı vəzifəsi 1898-ci ildə təyin edildiyi "Hüzur Dərsləri Muxəttablığı"na (xitab edilən şəxs) qədər davam etdi. Mustafa Səbrinin bu yeni təyinatı müəyyən fasilələrlə 1914-cü ilə qədər davam etdi.[4] O bu vəzifəsi ilə paralel olaraq 1900-cü ildə Sultan II Əbdülhəmidin (1876–1908) kitabçısı da olmuşdur. 1904-cü ildə yenidən müəllim kimi fəaliyyətini davam etdirmişdir.[5] O həm də Silistre müftisi olmuş[6] və İstanbul qaziliyinin idarə işləri bölməsinin birinci dərəcəli məmurluğunda vəzifə icra etmişdir. Əhməd Hilmi Əfəndinin Hicaz Vilayətində qazilik vəzifəsini icra etdiyi vaxt da Müşavir-i Sani ünvanı ilə xidmət etmişdir.[7]

1908-ci ildə Osmanlı imperiyasında İkinci Konstitusiya elan edilən dövrdə Mustafa Səbri fəal siyasi fəaliyyətə başladı. İkinci Konstitusiya elan ediləndə Toqatda məbus seçildi. Digər tərəfdən də eyni ildə "Cəmiyyət-e İttihadiye-yi İslamiyyə" adlı dinə söykənən siyasi dərnək təşkil etdi.[4] Əvvəlcə İttihad və Tərəqqi tərkibində yer almasına baxmayaraq[8] sonradan "Hürriyyət və İitilaf Partiyası" sıralarına daxil oldu. Gənc türklər hərəkatı hakimiyyətə gəldikdən sonra Mustafa Səbri Əfəndi onlara, eləcə də onların partiyaları olmuş "İttihad və tərəqqiyə" müxalifətdə olmuşdur. Buna görə təqiblərə məruz qalmış və nəticədə Rumıniyaya köç etmişdir.[4]

Daha sonra yenidən İstanbula qayıdaraq pedaqoji fəaliyyətini davam etdirmişdir. O, 1919-cu ildə Osmanlı imperiyasının şeyxülislamı olmuşdur. 1922-ci isə ildə İstanbuldan Qahirəyə köçmüş, son günlərinə qədər orada yaşamış, "Əl-Əzhar" universitetinin müəllimi olmuşdur. Mustafa Səbri Əfəndi Cəmaləddin Əfqani, Məhəmməd Abduh, eləcə də başqa Misir islahatçılarının fəaliyyətinə qarşı çıxış etmiş, onları İslama bidətlər gətirdiklərinə görə günahlandırmışdırlar. Mühafizəkar bir dindar olaraq onları təkzib etmək üçün əsərlər yazmışdır. 12 mart 1954-cü ildə Qahirədə vəfat etmişdir.[3]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Abdülkadir Altunsu, Osmanlı Şeyhülislamları, Ankara 1972, s.254; ayrıca bkz., Ek: 1
  2. M.Zeki Pakalın, Osmanlı Tarih Deyimleri ve Terimler Sözlüğü, C.2, İstanbul 1971. s.14–15
  3. 1 2 Ebül ‘ulâ Mardin, Huzur Dersleri, İstanbul 1966. Cilt: 11–111, s.350–351.
  4. 1 2 3 Ahmet Akbulut, "Şeyhülislâm Mustafa Sabri ve Görüşleri (1869–1954)", İslami Araştırmalar, Cilt: 6, Sayı: l,s.32–33.
  5. Abdülkadir Altunsu, Osmanlı Şeyhülislamları, Ankara 1972, s.184
  6. İlmiye Salnamesi, İstanbul 1341, s.94.
  7. Mehmet Aksoy, Beyanü’l-Hak ve Mustafa Sabri, Ankara Üniversitesi Türk Inkilâp Tarihi Enstitüsü Basılmamış Yüksek Lisans Tezi, Ankara 1989, s.41
  8. Mahir İz. Yılların İzi, İstanbul 1979, s.38–39