Mustafa Xeyri (türk. Mustafa Hayri) — hücumçu mövqeyində oynamış Türkiyə futbolçusu. Futbol üzrə Azərbaycan çempionatında çıxış edən, həmçinin qol və avtoqol vuran ilk legioner futbolçu kimi tarixə düşüb.[1][2]
Mustafa Xeyri | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||
Vətəndaşlığı | Türkiyə | |||||||||
Mövqeyi | hücumçu | |||||||||
Karyerası | ||||||||||
|
||||||||||
|
Mustafa Xeyri 1994/1995 mövsümündə Bakının "İnşaatçı" komandasının heyətində Azərbaycan Yüksək Dəstəsində 3 oyun keçirib, 1 qol vurub.[3] Yeganə qolunu debüt oyunundaca, səkkizinci tur çərçivəsində keçirilmiş və 1:1 hesabı ilə nəticələnmiş səfər matçında "Xəzər Lənkəran"ın qapısından keçirib.[1][2] Klubun heyətində keçirdiyi üçüncü görüşdə, Buzovnanın "Xəzri" klubuna 1:2 hesabı ilə uduzduqları ev oyununda öz qapısına qol vurub. Bu matçdan sonra klubun baş məşqçisi Məmmədəli Məmmədova yaxışlaşan hücumçu, Türkiyəyə qayıtmaq və karyerasını orada davam etdirmək istədiyini söyləyib.[4]
Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alıb.[1][4] Buradan məzun olub-olmaması barəsində məlumat yoxdur.