Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Azərbaycan Premyer Liqası və ya Misli Premyer Liqası — Azərbaycanın peşəkar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir. Hazırda Misli Premyer Liqasında 10 futbol klubu iştirak edir. Azərbaycan Premyer Liqasının mövsümü adətən avqust ayından maya kimi keçirilir. Premyer Liqanın qalibi UEFA Çempionlar Liqasının 1-ci pley-off mərhələsində yer alır.
Ölkə | Azərbaycan |
---|---|
Konfederasiya | UEFA |
Açılış ili | 1992 |
İlk sezon | 1992 |
Komandaların sayı | 10 |
Liqalar sistemində səviyyə | 1 |
Aşağı liqa | Azərbaycan Birinci Liqası |
Digər kubok(lar) | Azərbaycan Kuboku |
Beynəlxalq kubok(lar) |
UEFA Çempionlar Liqası |
Son çempion | Qarabağ (11-ci dəfə) |
Ən uğurlu komanda | Qarabağ (11 dəfə) |
TV partnyoru | CBC Sport |
Veb səhifəsi | www.pfl.az |
Azərbaycan Premyer Liqası 2024/2025 |
Çempionat 1992-ci ildən 2007-ci ilə qədər Yüksək Liqa, 2007-ci ildən sonra Azərbaycan Premyer Liqası adı altında fəaliyyət göstərir. 1992-ci ildən 10 klub Azərbaycan Premyer Liqasının qalibi olmuşdur. Azərbaycan Premyer Liqasının ən uğurlu komandası "Qarabağ"-dır. Hazırkı çempion "Qarabağ" 2023–24 mövsümündə 11-cu dəfə bu titulu qazanmışdır.
1990-cı illərdə liqada əsasən "Neftçi", "Qarabağ", "Kəpəz", "Turan Tovuz FK" və "Şəmkir" hökmranlıq edib. 1997-ci ildə "Kəpəz" Azərbaycan Premyer Liqası tarixində ən uzun qələbə seriyasına imza atmışdır.[1] Gəncəlilər 1997/98 mövsümündə başlayan və 1998/99 mövsümündə başa çatan seriya müddətində 20 görüşdə qələbələri sıralayıb.[1]
2000-ci illərin ortasında iqtisadi böhran yerli klublara ciddi zərbə vurdu və nəticədə, "Xəzri Buzovna", "Şəfa" və "ANS Pivani Bakı" kimi klublar mövcüdluğunu dayandırdı. Premyer Liqa klublarının 2002-ci ilin aprelində çempionatın dayandırması və AFFA ilə pikə çatan gərginlik, FİFA və UEFA-nın 2 illik sanksiyası ilə bitdi.[2][3][4] Yarışı yarımçıq dayandıran klublar öz yaratdıqları Təşkilat Komitəsinin təşəbbüsü ilə çempionatı davam etdirdi.[5] Lakin "alternativ çempionat" kimi tarixə düşən həmin turnir qeyri-rəsmi hesab edildi.[5] Ölkədə "böyük futbol"un faktiki olaraq yoxa çıxması ilə nəticələnən münaqişədən sonra çox sayda oyunçu xaricə üz tutdu.[5] Xaricə yollana bilməyənlərin bir qismi alternativ çempionatda, digərləri isə futzal yarışlarında çıxış etməyə başladı.[5]
Yeni əsrdə Neftçinin çempionatda hegemonluğuna "Xəzər Lənkəran", "İnter Bakı"[q 1] və "Bakı" kimi yeni rəqiblər son qoymağa çalışırdı. 2005-ci ildə "Neftçi" çempionatın sonunda "Xəzər Lənkəran" klubu ilə eyni xal yığdığı üçün çempionu müəyyənləşdirmək üçün "Qızıl oyun" keçirildi.[6] Gəncə şəhər stadionunda keçirilən oyunda "Neftçi" "Xəzər Lənkəran"ı 2:1 hesabı ilə üstələyərək, ardıcıl ikinci dəfə çempionluğu bayram etdi.[6] Ağasəlim Mircavadovun rəhbərliyi altında "Xəzər Lənkəran" iki dəfə Azərbaycan Kubokunu qazanmış, 2006-cı ildə isə çempion olmuşdur.[7] 2022-ci ildə "Keşlə" futbol klubu rəsmən "Şamaxı" adlandırılıb.[8]
2010-cu ildə "Neftçi" altı uğursuz ildən sonra çempion oldu.[9][10] Növbəti mövsümdə "Neftçi" yeddinci dəfə Azərbaycan çempionu oldu.[11] 2012-ci ilin avqustun 30-da Böyükağa Hacıyevin rəhbərlik etdiyi "Neftçi" səfərdə APOEL-ə 3:1 (İlk oyun: 1:1) hesabı ilə qalib gələrək Azərbaycan futbol tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.[12] Növbəti mövsümdə "Neftçi" ardıcıl 3-cü dəfə ölkə çempionu oldu.[13]
2013-cü ildən başlayaraq Azərbaycan Premyer Liqasında "Qarabağ" hegemonluq edir.[14] Həmin mövsüm "Qarabağ" 21 ildən sonra ikinci çempionluğu qeyd etdi.[15] 2014-cü ildə "Qarabağ" Azərbaycan futbolunda avrokubokların qrup mərhələsinə vəsiqə qazanan ikinci, 2015-ci ildə "Qəbələ" üçüncü klub kimi tarixə düşdü.[16] 2016-cı ildə "Qarabağ" ardıcıl 4-cü dəfə ölkə çempionu oldu.[17] 2017-ci il avqustun 24-də "Qarabağ" Azərbaycan futbolu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.[18] Həmin ildə Azərbaycan Premyer Liqası Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünyanın ən yaxşı çempionatlarının reytinq siyahısında 33-cü yerdə qərarlaşıb.[19]
2018-ci il aprelin 22-də "Qarabağ" ardıcıl beşinci dəfə çempion titulunu qazanıb.[20]
2020-ci ildə COVID-19 qlobal pandemiyası ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statisitikasının yüksəlməsi, Azərbaycan ərazisində karantin rejiminin 2020-ci il iyulun 1-dək uzadılması ilə bağlı klubların məşq keçməsi üçün vaxt azlığı, klubların ehtimal olunan maliyyə çətinliyi, pandemiya dövründə AFFA İcraiyyə Komitəsinin qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr və futbolçuların, məşqçilərin və Azərbaycan Premyer Liqasında oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümündə çempionat və kubok yarışı dayandırılıb.[21] Mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib.[21] Bunun nəticəsində "Qarabağ" ardıcıl 7-ci, ümumilikdə 8-ci dəfə çempionluq əldə edib.[21]
2021-ci ildə "Neftçi" Azərbaycan Premyer Liqasının yekun turunda yeddi ilin hegemonu olmuş "Qarabağ"a 1:0 hesabı ilə üstün gələrək ölkə çempionu olub.[22]
13 iyun 2008-ci ildən Azərbaycan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqası, Azərbaycan Birinci Liqası və Azərbaycan Kuboku yarışlarını təşkil edir.[23] Quruma Ramin Musayev rəhbərlik edir.[24]
Hazırda Azərbaycan Premyer Liqasının üç klubu — "Neftçi", "Qarabağ" və "Qəbələ" Avropa Klublar Assosiasiyasının (ECA) üzvüdür.[25] Avropa Klublar Assosiasiyası UEFA Klub Müsabiqələri Komitəsinə üç üzv seçilməsinə nəzarət edir; hansı ki, Çempionlar Liqası və UEFA Avropa Liqası kimi UEFA müsabiqələrində əməliyyatlarında rol oynayır.[26]
Hazırda Azərbaycan Premyer Liqasında 10 futbol klubu iştirak edir. Mövsüm ərzində (avqustdan maya qədər) hər klub rəqibləri ilə dörd dəfə (dairəvi sistem) görüşür: iki dəfə öz sahəsində, iki dəfə səfərdə. Cəmi 36 oyun keçirilir. Komandalara qələbəyə görə üç xal, heç-heçəyə görə bir xal və məğlubiyyətə görə sıfır xal verilir. Komandalar ümumi xallar, sonra qol fərqləri ilə və daha sonra vurulan qollarla sıralanır. Əgər vəziyyət eynidirsə, komandalar eyni mövqedə yer alır.
Aşağıda Azərbaycan Premyer Liqasının tarixi boyu komandaların sayı qeyd olunur:
|
|
|
Azərbaycan Premyer Liqasında birinci yer tutan komanda UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə, ikinci və üçüncü yer tutan komandalar isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinə vəsiqə qazanır. Azərbaycan Kubokunun qalibi UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanır. Əgər Azərbaycan Kubokunun qalibi avrokuboklara vəsiqə qazanıbsa, o zaman Azərbaycan Premyer Liqasında dördüncü yer tutan komanda UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinə, ikinci yeri tutan isə UEFA Avropa Liqasının təsnifat mərhələsinə vəsiqə qazanır.
Komanda | Ərazi | Stadion | Stadion tutumu |
---|---|---|---|
Qarabağ | Ağdam | Azərsun Arena | 5.800 |
Qəbələ | Şamaxı | Şamaxı şəhər stadionu | 2.500 |
Kəpəz | Gəncə | Gəncə şəhər stadionu | 27.000 |
Neftçi | Bakı | Neftçi Arena | 10.200 |
Sabah | Masazır | Bank Respublika Arena | 13.000 |
Səbail | Bakı | ASCO Arena | 5.000 |
Sumqayıt | Sumqayıt | Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu | 15.500 |
Araz-Naxçıvan | Naxçıvan | Naxçıvan şəhər stadionu | 2.200 |
Turan Tovuz FK | Tovuz | Tovuz şəhər stadionu | 6.500 |
Zirə | Bakı | Zirə Olimpiya İdman Kompleksi stadionu | 1.300 |
07.11.2024 tarixinə
n | Komandalar | O | Q | H | M | Toplar | Top fərqi | Xal |
---|---|---|---|---|---|---|---|---|
1 | "Qarabağ" Ağdam | 186 | 70 | 46 | 70 | 225:241 | -16 | 256 |
2 | "Neftçi" Bakı | 82 | 26 | 20 | 36 | 95:127 | -32 | 98 |
3 | "Inter" Bakı | 35 | 14 | 10 | 11 | 43:33 | +10 | 52 |
4 | "Qəbələ" | 42 | 11 | 7 | 24 | 41:66 | -25 | 40 |
5 | "Zirə" Bakı | 14 | 6 | 4 | 4 | 18:19 | -1 | 22 |
6 | "Bakı" | 18 | 4 | 5 | 9 | 16:34 | -18 | 17 |
7 | "Xəzər-Lənkəran" | 18 | 2 | 7 | 9 | 14:33 | -19 | 13 |
8 | "Sabah" Bakı | 8 | 4 | 0 | 4 | 12:11 | +1 | 12 |
9 | "Karvan" Yevlax | 6 | 2 | 1 | 3 | 3:6 | -3 | 7 |
10 | "Kəpəz" Gəncə | 14 | 2 | 1 | 11 | 6:30 | -24 | 7 |
11 | "MKT-Araz" İmişli | 4 | 1 | 1 | 2 | 1:3 | -2 | 4 |
12 | "Bakı Fəhləsi" | 2 | 1 | 0 | 1 | 1:1 | 0 | 3 |
13 | "Şəmkir" FK | 10 | 1 | 0 | 9 | 7:21 | -14 | 3 |
14 | "AZAL" Bakı | 4 | 0 | 2 | 2 | 3:5 | -2 | 2 |
15 | "Sumqayıt" | 4 | 0 | 2 | 2 | 3:13 | -10 | 2 |
16 | "Xəzri" Buzovna | 2 | 0 | 1 | 1 | 0:2 | -2 | 1 |
17 | "Səbail" Bakı | 2 | 0 | 0 | 2 | 4:6 | -2 | 0 |
18 | "Simurq" Zaqatala | 2 | 0 | 0 | 2 | 0:4 | -4 | 0 |
19 | "Turan" Tovuz | 2 | 0 | 0 | 2 | 0:7 | -7 | 0 |
20 | "Şəfa" Bakı | 2 | 0 | 0 | 2 | 0:7 | -7 | 0 |
21 | "Viləj" Masallı | 4 | 0 | 0 | 4 | 2:10 | -8 | 0 |
n | Klub | Medallar | Çempionluq mövsümləri | |||
---|---|---|---|---|---|---|
1 | Qarabağ | 11 | 4 | 4 | 19 | 1993, 2013–2014, 2014–2015, 2015–2016, 2016–2017, 2017–2018, 2018–2019, 2019–2020, 2021–2022, 2022–2023, 2023–2024 |
2 | Neftçi | 9 | 5 | 7 | 21 | 1992, 1995–1996, 1996–1997, 2003–2004, 2004–2005, 2010–2011, 2011–2012, 2012–2013, 2020–2021 |
3 | Kəpəz | 1 | 2 | 6 | 1994–1995, 1997–1998, 1998–1999 | |
4 | İnter | 2 | 3 | 4 | 9 | 2007–2008, 2009–2010 |
5 | Şəmkir | 2 | 2 | 1 | 5 | 1999–2000, 2000–2001 |
6 | Bakı | 2 | 2 | 1 | 5 | 2005–2006, 2008–2009 |
7 | Xəzər-Lənkəran | 1 | 3 | 0 | 4 | 2006–2007 |
8 | Turan | 1 | 1 | 2 | 4 | 1993–1994 |
9 | Qəbələ | 0 | 2 | 3 | 5 | |
10 | Zirə | 0 | 2 | 1 | 3 | |
11 | Xəzər Sumqayıt | 0 | 2 | 0 | 2 | |
12 | Sabah | 0 | 1 | 1 | 2 | |
13 | Karvan | 0 | 1 | 1 | 2 | |
14 | Xəzri | 0 | 1 | 1 | 2 | |
15 | AZAL | 0 | 1 | 0 | 1 | |
16 | Sumqayıt | 0 | 0 | 1 | 1 | |
17 | Səbail | 0 | 0 | 1 | 1 | |
18 | Simurq | 0 | 0 | 1 | 1 | |
19 | Viləş | 0 | 0 | 1 | 1 |
Klub | Sezon | Dubllar |
---|---|---|
Qarabağ | 6 | 1993, |
Neftçi | 3 | 1995–1996, 2003–2004, 2012–2013 |
Kəpəz | 1 | 1997–1998 |
Xəzər-Lənkəran | 1 | 2006–2007 |
|
|
|
2009-cu ilə qədər Azərbaycan Premyer Liqasının sponsoru olmayıb. 2009-cu ilin sentyabrında "Unibank" və Peşəkar Futbol Liqası arasında sponsor sazişinin imzalandın və ölkə çempionatına ilk dəfə kommersiya strukturu tərəfindən sponsorluq edildi.[29] 2012-ci ildən 2019-cu ilə qədər Azərbaycan Premyer Liqasına "Topaz" bukmeker şirkəti sponsorluq edib.[30][31][32]
2020-ci il avqustun 2-də Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının yeni loqosunu təqdim edib. Yeni loqo qartal, alov və dalğa ilə əhatələnən futbol topu elementləri üzərində qurulub.[33]
Period | Sponsor | Name |
---|---|---|
1992–2009 | Sponsor olmayıb | Yüksək Liqa / Azərbaycan Premyer Liqası |
2009–2012 | Unibank | Unibank Premyer Liqası |
2012–2019 | Topaz | Topaz Premyer Liqası |
2019–2022 | Sponsor olmayıb | Azərbaycan Premyer Liqası |
2022– | Misli | Misli Premyer Liqası |
Azərbaycan Premyer Liqası başladığı ildən, 32-dən çox klub müflis olub.[34] 2000-ci illərin ortasında APL və Azərbaycan Birinci Liqası arasında uçurum yaranması futbol ekspertləri tərəfindən tənqid olunmuşdur.[35] 2008-ci ildən 2016-cı ilə qədər Azərbaycan Premyer Liqasına külli miqdarda vəsait axmağa başladı.[36][37]
2015-ci ildən Azərbaycan Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunur.[38] 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min AZN-dək, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min AZN-dək müəyyənləşdirilib.[38] Azərbaycan milli futbol komandasının heyətində mövsüm ərzində oyunların 50 faizində iştirak edən futbolçuların maaşı klub tərəfindən maksimum 25 faiz artırıla bilər.[38] AFFA-nın İcraiyyə Komitəsinin qərarına riayət etməyən, formal olaraq müəyənləşdirilmiş maaş göstərən, lakin faktiki olaraq limitdən artıq maaş verən klublar müəyyənləşdirilərək cəzalandırılır.[38]
Azərbaycan dövləti 2021-2022 mövsümündən etibarən bütün Premyer Liqa klublarına illik 3 milyon manat maliyyə dəstəyi verir. Ümumilikdə elita iştirakçılarına 30 milyon manat dəstək göstərilib. Birinci Liqada bu məbləğ 3 milyon manat, İkinci Liqada isə 700 min manat olub.[39]
2009-cu ildə PFL və AzTV Qapalı Səhmdar Cəmiyyəti arasında Azərbaycan Premyer Liqası və Kubokunun oyunlarının eksklüziv çəkiliş və yayım hüququna dair müqavilə imzalanıb.[40] 2009-cu ildən 2015-ci ilə qədər Azərbaycanda Premyer Liqa İdman Azərbaycan TV tərəfindən yayımlanırdı. 2015/16 mövsümündə Azərbaycan Premyer Liqasının yayım hüququ üçün tender təşkil olundu.[41] Tenderin qalibi CBC Sport oldu.[42]
Premyer Liqada olan oyunçular mövsümün sonuna kimi Azərbaycan Premyer Liqasının Qızıl Butsu üçün rəqabət aparırlar.
Nazim Əliyev APL-nin tarixində ən çox qol vuran futbolçudur.[43] 1995–96 mövsümündə N. Əliyev APL-də ilk 100 qol vuran oyunçu olmuşdur. O vaxtdan bəri, 10 digər oyunçular da 100 qol nişanına çatmışlar.[44]
APL-də ən çox oyun keçirən futbolçu isə Rahid Əmirquliyevdir.[45]
Qalın şriftlərlə göstərilən oyunçular hələ karyerasını davam etdirir:
Oyunçu | Dövr | Klub[46] | Qol | |
---|---|---|---|---|
1 | Nazim Əliyev | 1992–1999 | Xəzər Sumqayıt | 183 |
2 | Müşfiq Hüseynov | 1992–2007 | Qarabağ | 125 |
3 | Rövşən Əhmədov | 1992–2003 | Kəpəz | 116 |
4–5 | Qurban Qurbanov | 1990–2006 | Neftçi | 115 |
4–5 | Samir Ələkbərov | 1992–2001 | Neftçi | 115 |
6 | Alay Bəhramov | 1992–1999 | Viləş Masallı | 108 |
7 | Nadir Nəbiyev | 1995–2012 | Turan Tovuz FK | 103 |
8–9 | Vadim Vasilyev | 1994–2007 | Bakı Fəhləsi | 102 |
8–9 | Xəqani Məmmədov | 1994–2012 | Şamaxı | 102 |
10 | Kənan Kərimov | 1995–2012 | Şəmkir | 101 |
Oyunçu | Dövr | Klub[51] | Oyun | |
---|---|---|---|---|
1 | Rahid Əmirquliyev | 2003–2023 | Xəzər Lənkəran | 457[52] |
2 | Mahmud Qurbanov | 1992–2012 | Kəpəz | 421 |
3 | Rəşad Sadiqov | 1998–2018 | Neftçi | 392 |
4 | Azər Məmmədov | 1992–2012 | Kəpəz | 388 |
5 | Aslan Kərimov | 1992–2011 | Qarabağ | 382 |
6 | Rəşad Abdullayev | 1994–2017 | Xəzər Lənkəran | 378 |
7 | Maksim Medvedev | 2006–2024 | Qarabağ | 376 |
8 | Elvin Məmmədov | 2004–2023 | Şamaxı | 376 |
9 | Asif Məmmədov | 2004–h.h. | Qəbələ | 373 |
10 | Aqil Məmmədov | 1992–2011 | Turan Tovuz FK | 363 |
Baş məşqçi | Çempion | Qələbə illəri |
---|---|---|
Qurban Qurbanov | 2013–14, 2014–15, 2015–16, 2016–17, 2017–18, 2018–19, 2019–20, 2021–22, 2022–23, 2023–24 | |
Ağasəlim Mircavadov | 1993, 1999–00, 2000–01, 2004–05, 2006–07 | |
Böyükağa Hacıyev | 2005–06, 2011–12, 2012–13 | |
Kazbek Tuayev | 1993–94, 1995–96, 2003–04 | |
Mehman Allahverdiyev | 1994–95, 1997–98, 1998–99 | |
Əhməd Ələsgərov | 1992 | |
Elbrus Abbasov | 1996–97 | |
Arif Əsədov | 2010–11 | |
Qəhrəman Əliyev | 2001–02 | |
Goko Haciyevski | 2008–09 | |
Kaxaber Tsxadadze | 2009–10 | |
Valentin Xodukin | 2007–08 | |
Samir Abbasov | 2020–21 |
Mövsüm sayı |
Ümumi azarkeş sayı |
Orta azarkeş sayı |
İst. |
---|---|---|---|
2001–02 | 187,929 | 1,099 | [53] |
Liqa ləğv olunub[q 2] | - | - | - |
2003–04 | 195,840 | 1,360 | [54] |
2004–05 | 470,670 | 1,623 | [54] |
2005–06 | - | 1,623 | [54] |
2006–07 | - | 1,085 | [54] |
2007–08 | - | 1,564 | [54] |
2008–09 | - | 1,643 | [54] |
2009–10 | - | 1,701 | [55] |
2010–11 | - | 1,871 | [55] |
2011–12 | - | 2,299 | [56] |
2012–13 | - | 2,381 | [57] |
2013–14 | - | 1,703 | [58] |
2014–15 | - | 1,537 | [59] |
2015–16 | - | 1,521 | [60] |
2016–17 | - | 2,587 | [60] |
2017–18 | - | 2,016 | [60] |
2018–19 | - | 2,022 | [60] |
2019–20 | - | 1,012 | [60] |
Çempionluq kuboku PFL-in sifarişinə əsasən, Fransanın "Arthus-Bertrand" şirkəti hazırlayır və hər mövsümun sonu Azərbaycan Premyer Liqasının qalibinə təqdim olunur.[61][62]
Mövsün ərzində "Ayın futbolçusu" və "İlin futbolçusu" futbol klublarının baş məşqçiləri, komandaların kapitanları və idman jurnalistləri arasında PFL tərəfindən keçirilən sorğuya əsasən müəyyənləşir.[63] Qalib oyunçuya PFL və sponsorun hədiyyələri və pul mükafatı təqdim olunur. 2014-cü ildən "Ayın futbolçusu" mükafatın verilməsi dayandırılıb.