Mustafaqulu xan Əmirsüleymani

Mustafaqulu xan Əlirza xan oğlu Əmirsüleymani (1882-?) — İran siyasətçisi.

Mustafaqulu xan Əmirsüleymani
Hacı Mustafaqulu xan Əlirza xan oğlu Əmirsüleymani
Doğum tarixi
Doğum yeri Tehran, Qacarlar dövləti
Vətəndaşlığı Qacarlar dövləti
Həyat yoldaşı Gözəl Səltənə xanım (Banu Əqdəs xanım) Kamrani
Uşaqları Əmir xan, Əliəkbər xan, Əlirza xan
Atası Əlirza xan Qovanlı-Qacar
Fəaliyyəti siyasətçi

Mustafaqulu xan Əlirza xan оğlu Əmirsüleymani 1882-ci ildə Tehran şəhərində dоğulmuşdu. Mükəmməl ailə təlim-tərbiyəsi, təhsili almışdı. Fars ədəbiyyatını və fəlsəfəni öyrənmişdi. Müşirəssəltənə ləqəbini daşıyırdı.

Mustafaqulu xan Əmirsüleymani Məşrutə hərəkatından sonra Sultan Əhməd şah Qacarın sarayında çalışmışdı.

Mustafaqulu xan Əmirsüleymani İran Milli məclisinə nümayəndə seçilmişdi.

Əmir Mustafaqulu xan Gözəl Səltənə xanım (Banu Əqdəs xanım) Kamrani ilə ailə qurmuşdu. Əmir xan, Əliəkbər xan, Əlirza xan adlı оğulları vardı.

  • Ənvər Çingizoğlu, Qacarlar və Qacar kəndi, Bakı, “Şuşa”, 2008, 334 səh.
  • Ənvər Çingizoğlu, Musa xan Qacarın törəməsi, "Soy" еlmi-kütləvi dərgi, 2007, №2, səh.29-33.