Musteyka

Musteyka (lit. Musteika) — Litvanın cənub hissəsində, Varenski rayonunun tərkibində kənd. 2011-ci ildə Musteykanın əhalisi 61 nəfər təşkil edir.

Musteyka
53°57′ şm. e. 24°22′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 36 nəf. (2021)[1]
Xəritəni göstər/gizlə
Musteyka xəritədə
Musteyka
Musteyka
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kənd Druskininkaydan təxminən 30 km cənub-şərqdə, Marcinkonis kəndindən 12 km cənubda yerləşir. Dainava meşəsinin (Grodno meşəsi) dərinliklərində, Musteyka çayı üzərində, Belarusiya ilə sərhəddən 5 km aralıda qərarlaşır. Bu, Litvanın ən cənub yaşayış məntəqələrindən biridir (kadastrın məlumatına görə, ölkənin ən cənub nöqtəsi Musteykaya aiddir). Kənd Cukiy Milli Parkında, ölkədə ən böyük təbiət qoruğu olan Çepkelyay bataqlıqlarından 5 km şərqdə yerləşir.

Hissələr: Qaydzyay, Kazabulyau, Kones Averkov (Styaponay və Auqustelyay), Mişkinyay, Barabonay.

Musteyka etnoqrafik kənddir. Kənddə ənənəvi taxta memarlıq qorunub saxlanılmışdır. Kənddə ənənəvi arıçılıq muzeyi fəaliyyət göstərir (2006-cı ildən), hər il burada sənətkarlıq həftəsi keçirilir[2].

Musteyka kəndi ilk dəfə 1785-ci ildə Varena məhkəməsinin inventarında qeyd edilmişdir. Qədim dövrlərdə sakinlər arıçılıq, ovçuluq, ağac kəsmə, göbələk, giləmeyvə, qatran yığmaqla məşğul olurmuşlar.

18-ci əsrin sonlarında Berşti kəndindən olanlar kəndin cənub hissəsini Kones Averkov deyilən Musteyka traktını qururlar. 1915-ci ilə qədər bu son və əsas kənd Vilna və Qrodno quberniyaları arasındakı sərhəddə yerləşir. 1918-ci ildə Belarusdan olan, gələcək məşhur litvalı bioloq Tadas İvanauskas burada məktəb təsis edir. Məktəb Polşa səlahiyyətliləri tərəfindən tez bir zamanda bağlanılır, lakin sonra yenidən açılır və 1970-ci ilə qədər işləyir.

1940-cı ildə Musteyka qısa müddətə Belarus SSR-ə birləşdirilir, lakin sonra Litva SSR-ə verilir. 1944-cü ildə İvan Kupala günündə Belarusdan olan sovet təyyarəçilərinin bomabaları 14 nəfəri öldürür və bəzi mülkləri qarət edilir. 1952–1956-cı illərdə kənddə kolxoz işləyirdi, lakin münbit olmayan torpaqlara görə ləğv edilir və burada meşə təsərrüfatı qurulur. 1980-ci illərdə kəndin cənubunda hərbi poliqon yerləşirdi[3].

  1. https://osp.stat.gov.lt/documents/10180/9601028/Gyventojai_gyvenamosiose_vietovese.xlsx.
  2. Senoji Musteika, sudarė Romas Norkūnas. Vilnius: Gamtos pasaulis, 2006.
  3. Algimantas Černiauskas, Mindaugas Lapelė. Didžiųjų girių apsupty. Vilnius: Gamtos pasaulis, 2012.