Muxtar Əhməd

Muxtar Əhməd (Tam adı: Muxtar İsmayıl oğlu Əhmədov; d. 1 noyabr 1948, Puşkin rayonu, Azərbaycan SSR) — şair, publisist, 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Muxtar Əhməd
Muxtar İsmayıl oğlu Əhmədov
Doğum tarixi (76 yaş)
Doğum yeri Puşkin rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİAzərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsi
Fəaliyyəti şair, publisist
Mükafatları Kitabsevərlər Cəmiyyətinin medalı

1948-ci ilin noyabrın 1-də Azərbaycanın Biləsuvar rayonunda anadan olub. Burada 1 saylı şəhər orta məktəbini bitirdikdən sonra 1966-cı ildə rayon Partiya Komitəsində texniki katib vəzifəsində işləyir. 1967-69-cu illər hərbi xidmətdə olan Muxtar Əhməd 1970-75-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsində qiyabi təhsil almış, eyni zamanda rayon mədəniyyət evində "Qırmızı Çadır"a müdir təyin olunur. 1970-73-cü illər mədəniyyət evinin metodisti olan şair 1973-83-ci illər ərazində həm də Biləsuvarın Zəhmətabad kənd orta məktəbində və 2 saylı şəhər orta məktəbində müəllim, 1983-1994-cü illər isə 4 saylı şəhər orta məktəbində tədris işləri üzrə direktor müavini olmuşdur. Həmçinin Muxtar bəy 1995-2003-cü illər Biləsuvar rayon təhsil şöbəsində Filmoteka üzrə müdir, inspektor işləmişdir.

Muxtar Əhməd 2003-2005-ci illərdə Biləsuvar Rayon İcra Hakimiyyətinin orqanı - "Məhsul" qəzetinin baş redaktorunun müavini 2005-ci ildən "Region-press" qəzetinin baş redaktoru, 1999-2009-cu illər arasında isə "Biləsuvar töhfələri" ədəbi ictimai birliyinin sədri olmuşdur. Hazırda "Məhsul" qəzetinin baç redaktoru olan şair Azərbaycan Yazıçılar Birliyinin Aran şöbəsi üzrə əlaqələndiricisidir. Respublika Kitabsevərlər Cəmiyyətinin medalına layiq görülmüş Muxtar bəy ədəbi fəaliyyətə tələbəlikn illərində başlamışdır. Şair şeir, məqalə, və oçerqlərini "Qala", "Yol", "Məhsul", "Mübarizə", "Qələbə" qazetlərində, "Ulduz", "Şəfəq", "Azətrbaycan" jurnallarında dərc etdirirdi.

  • "Analar yanad ağlar" (1996);
  • "Fövqəladə uzaqgörücü" (2000);
  • "İçimdən bir haray keçdi" (2000);
  • "Havası gələndə şeirin, sözündə" (2003)
  • Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı; "Nurlar", Bakı - 2011