Muxtar Rüstəmov

Muxtar Rüstəmov (tam adı:Rüstəmov Muxtar İbrahim oğlu; 19 mart 1931, Ordubad, Naxçıvan MSSR) — Geologiya-minerologiya elmlər doktoru,Azərbaycan Respublikası Əməkdar mühəndisi[1]

Muxtar Rüstəmov
Rüstəmov Muxtar İbrahim oğlu
Doğum tarixi (92 yaş)
Doğum yeri Azərbaycan SSR,Naxçıvan Sovet Muxtar Respublikası,Ordubad.
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahələri Geologiya,minerologiya
Elmi dərəcəsi Geologiya-minerologiya elmlər doktoru
Elmi adı Baş elmi işçi
İş yerləri AMEA Geologiya və Geofizika İnstitutu
Təhsili Azәrbaycan Dövlәt Neft və Sənaye Universiteti
Üzvlüyü Rusiya mineroloji cəmiyyəti,Qafqaz mineral sərvətləri ET İ ekspert komisiyasının üzvü
Mükafatları Azərbaycan Respublikası əməkdar mühəndisi, Tərəqqi

Həyatı[redaktə | mənbəni redaktə et]

Rüstəmov Muxtar İbrahim oğlu 19 mart 1931-cü ildə Naxçıvan Muxtar Respublikası Ordubad şəhərində anadan olub.

Təhsili[redaktə | mənbəni redaktə et]

1954-cü ildə Azәrbaycan Dövlәt Neft və Sənaye Universitetində geoloji-kəfiyyat fakültəsini bitirib. 1957-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun aspiranturasını bitirib.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1955-1961-ci illərdə Naxçıvan Muxtar Respublikasında xüsusi geoloq və baş geoloq, 1961-1976-ci illərdə AMEA Geologiya və Geofizika İnstitutunda baş elmi işçi, 1976-ci ildən həmin institutun Petrologiya laboratoriyasının müdiridir. Geotektonika, geodinamika; Petrologiya, vulkanologiya sahəsində tədqiqatlar aparmışdır. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı 205, xaricdə çıxmış elmi əsərlərinin sayı 107, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 12-dir. Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 2 - müəliflik şəhədətnamısi və poliqorskit-pilolit gilləri Naxçıvan çökəkliyində, köklü qızıl Əlincəçay hövzəsində kəşfidir.

Əsas elmi nailiyyətləri[redaktə | mənbəni redaktə et]

  • Qırışıqlıq zonanın paleomezokaynozoy maqmatizmin etapları təyin edilmiş, petrofondu, petrogenezisi və pleyt- tektonik tipləri müəyən olunmuşdur. Toleit basalt, şoşonit, latit , traxit və teşenit suxurları Azərbaycanda ilk dəfə aşkar edilmişdir. Maqmatizm ilə tektonikanın qarşılıqlı münasibətini müəyyən etməklə yanaşı Qafqazda ilk dəfə kaldera strukturları kəşf edilmiş və onların fizik-maqmatik sistemlər yaratması isbat olubmuşdur. Kiçik Qafqazda ilk dəfə eosin vulkan-plutonik assosiasiyaları aşkar olunmuş və ümumiyyətlə paleogen maqmatizmin təkamül trendi müəyyən edilmişdir. Kiçik Qafqazda-Albors sistemində zəngəzurun, Talışın, Qarabagın tektonik vəziyyətləri və quruluşları yeni baxımdan izah olunmuş və batırelmiş ofiolit suturası Zəngəzurda və onun davamı İran Qaradagı ilə Talış arasında aşkar edilmişdir.
  • Respublikada geodinamika elmi istiqamətin ilk tədqiqatçısı olaraq ADQ Fars-Qafqaz seqmentində Paleo-Mezo və Metotesinin geodinamik təkamül modelləri tərtib etməklə yanaşı maqmatizmin pleyt-tektonik paylanmasının qanunauygunlugu aşkarıanmışdır. Cənub Xəzədə Təbaşir vulkanizimlə müşayət olunan meridional riftogenezin aşkarından əlavə molas meqa çökəkliyin və onun konsolidasiya olunmuş vezurgent yer qatının forçmalaşması yeni baxımdan izah olunur. Həmçinin qarbohidrogenlərin mənşəyi isə dərin istilikkütlə plyum axımı və yer qatının rezurgensiyası ilə əlaqələndirilir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Новые данные о тектоническом строении Южного Зангезура. Геотектоника, 1968, №2, с.117-124
  • О наличии кальдеры на Малом Кавказе и механизм ее формирования. Дан СССР, 1973, т.211, №6, с.1426-1428
  • Кальдеры с конфокальными гранитоидами – новый морфогенетический тип магматизма на Малом Кавказе. ДАН СССР, 1976, т.228, №6, с.1403-1406
  • Олистостромовые образования и проблемы офиолитов Араксинской зоны. Изв.АН Азерб.ССР. Серия наук о Земле. 1979, №5, с.84-91
  • Geodinamic evolution of the South-Caspian basin and its oil and gas bearing system. “OGU 2002”, London-Tashkent, p.161-176
  • Южнокаспийский бассейн - геодинамические события и процессы. Баку, Nefta-Press, 2005, 345 c.
  • Главные тенденции геодинамической эволюции Центрального сегмента Тетиса. В кн. – Проблемные вопросы геодинамики, петрологии и металлогении Кавказа. Баку, Nafta-press, 2006, с. 14-35
  • Геодинамика и магматизм Загрос-Кавказского сегмента в фанерозое. «Palmarium» 2016, Том. 1, 525 стр; Том 2, 408 стр.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 484. ISBN 5-8066-1468-9.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Rüstəmov Muxtar İbrahim oğlu". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-02.
  2. "Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun əməkdaşlarının təltif edilməsi haqqında". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-02.
  3. "Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-06-02.