Ərəb qrafikalı Azərbaycan əlifbası

Qövsi Təbrizinin şeiri. Ərəb yazı sistemi ilə Azərbaycan dilində yazılmışdır.

Ərəb qrafikalı Azərbaycan əlifbası və ya Əbcəd[1] (ابجد) — Azərbaycan dilinin yazılmasına ərəb qrafikasının bir variantı ilə başlanılmış əlifba. Ərəb əlifbası türk dilləri üçün mükəmməl əlifba olmasa da, təxminən XX əsrin əvvəllərinə qədər bu əlifbadan Azərbaycanda geniş istifadə olunub. Azərbaycan Respublikası ərazisində 1929-cu ilə kimi ərəb qrafikalı əlifbadan istifadə edilib. Cənubi Azərbaycanda yaşayan Azərbaycan türkləri isə ərəb əlifbasından hazırda da istifadə edirlər.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Ərəb əlifbasında türk dillərinin saitlərini əks etdirən xüsusi işarələrin olmaması, bir neçə səsin bir işarə ilə yazılması həmin əlifbanın türk dillərinin əlifbası kimi işlədilməsində zaman-zaman müəyyən çətinliklər meydana çıxarmışdır. Azərbaycan dili üçün də bu çətinliklər mövcud olmuşdur.

Ərəb əlifbasının istifadəsindən irəli gələn nöqsanlar əsasən aşağıdakıları özündə birləşdirir:[2]

  • 1) Azərbaycan dilində olan bir sıra fonemlərə uyğun gələn səslərin ərəb dilində yalnız tələffüzə görə fərqlənməsi nəzərə alınaraq onların əlifbada bir neçə işarə ilə ifadə olunması (məsələn: v, s, y, z, t, h);
  • 2) ərəb əlifbasında işlədilən hərflərin sözdə işlənmə yerindən asılı olaraq bir qisminin dörd, digər qisminin 2 işlənmə şəklinin olması;
  • 3) ərəb əlifbasındakı 28 hərfdən 16 hərf müstəqil işarəyə malik idi. Qalan 12 hərf diakritik işarələrlə bir-birindən fərqləndirilirdi;
  • 4) ərəb əlifbasında Azərbaycan dilinin saitlərini ifadə etmək üçün müxtəlif diakritik işarələrdən istifadə olunurdu; ərəb əlifbasında cəmi dörd sait üçün işarə vardır, bu dörd işarə də işlənmə yerinə görə müxtəlif səsləri ifadə edə bilirdi;
  • 5) yazı prosesində istifadə edilən əlavə işarələrin orfoqrafik və orfoepik səhvlərin buraxılmasına səbəb olması;
  • 6) imla qaydalarını yaratmaqda, habelə tədris işində çətinliklər.

Əlifba[redaktə | mənbəni redaktə et]

Aşağıdakı cədvəl, Ərəb əlifbası tərtibi ilə düzülüb və Latın əlifbasında yaxın olan qarşılıqları göstərir.

Azərbaycan dilində Ərəb və Latın əlifbalarının qarşılıqları
Başda Təkcə Ortada Sonda Adı Latın Misal (latın) Misal (ərəb)
آ / ا əlif a / ə / o / ’ آچ
ﺒـ be b baba بابا
پ ﭙـ پ pe p papaq پاپاق
ﺘـ te t Tat تات
ﺜـ se s saniyə ثانیه
ﺠـ cim c cib جیب
چـ چ ـچـ ـچ çe ç çap چاپ
ﺤـ he h hal حال
ﺨـ xe x xal خال
ﺪـ dal d dil دیل
ﺬـ zal z Azərbaycan آذربایجان
ﺮـ re r rəng رنگ

ﺰـ ze z zor زور
ـژ je j Jalə ژاله
ﺴـ ـﺲ sin s sal سال
ﺸـ ـﺶ şin ş şirin شیرین
ﺼـ ـﺺ sād s Səməd صمد
ﺿ ﻀـ ـﺾ zād z zərər ضرر
ﻄـ ـﻂ t təbil طبیل
ﻈـ ـﻆ z zahir ظاهر
ﻌـ ـﻊ əyn ə / ‘ əməl عمل
ﻐـ ـﻎ ğeyn ğ bağ باغ
ﻔـ ـﻒ fe f fil فیل
ﻘـ ـﻖ qaf q qələm قلم
ک ﮑـ ـﮏ kaf k kitab کتاب
گ ﮕـ ـﮓ gaf g gül گل
ﻠـ ـﻞ lam l lalə لاله
ﻤـ ـم mim m mən من
ﻨـ ـﻦ nun n naz ناز
ﻮـ vav v / o vilayət ولایت
ha h , ə hava , dədə هوا , دده
ﻴـ ye y , i yaz یاز
ئـ - ـئـ - həmzə ı , e beş بئش

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. https://www.azleks.az/online-dictionary/%C9%99bc%C9%99d?s=my Arxivləşdirilib 2023-07-19 at the Wayback Machine Əbcəd
  2. "Cəmaləddin Rəhmanov, Təranə Abdullayeva. Azərbaycanda əlifba islahatları və xəttin təkamülü məsələləri. Bakı. 2002". 2017-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-04-26.