Myonxyansan

Myonxyansan (kor. 묘향산, 妙香山) — Koreya Xalq Demokratik Respublikasının ərazisində yerləşən dağdır. Koreya dilindən tərcümədə dağın adı "sirli ətir dağı" mənasına gəlir. Öz adı dağ onun sayəsində alıb ki, onun ərazisində sirli formalar və ətirlər aşkar edilmişdir. Əfsanəyə görə bu müqəddəs yer, yəni Myoxyansan koreya millətinin əcdadı olan Danqun Vanqqeomun evi olmuşdur.[2]

Myonxyansan
kor. 묘향산
Myonxyansan dağı və Poxyonsa məbədi
Myonxyansan dağı və Poxyonsa məbədi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 1909[1]
Yerləşməsi
40°01′07″ şm. e. 126°19′59″ ş. u.HGYO
Ölkə  Şimali Koreya
Region
  • Şimali Pyonqan
Myonxyansan xəritədə
Myonxyansan
Myonxyansan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dağın çox hissəsi müxtəlif tipli sıxyarpaqlı və iynəyarpaqlı meşələrlə örtülmüşdür. Dağın 16 000 hektarlıq ərazisi milli parkın ərazisinə daxildir. 7 000 hektarlıq ərazi BirdLife International beynəlxalq təşkilatı tərəfindən mühafizə olunur. Bunun da səbəbi nadir quşların yuva salmaq üçün buraya gəlmələridir.[3]

Dünya biosfer qoruğu

[redaktə | mənbəni redaktə et]

YUNESKO-un "İnsan və biosfer" adlı hazırladığı proqram üzrə 2009-cu ildə dünya biosfer qoruğu kimi Myonxyansan dağı müəyyən edilmişdir. Onun mədəni əhəmiyyətinə, həmçinin sıldırım qayalarına istinad edərək dağa bu ad verilmişdir. Dağ ərazisində endemik hesab olunan bitkilərin 30 növü bitir. Burada yayılan bitkilərdən 16 növü, heyvanlardan isə 12 növü tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzədir.[4]

Myoxyansan dağı — Koreya Xalq Demokratik Respublikasında əsas turizm obyektlərindən biri hesab olunur. Əhalinin çox hissəsi bu dağı ziyarət edirlər. Dağa səyahət etmək üçün bir neçə turizm marşrutu təşkil edilmişdir. Gözəl mənzərələrdən başqa həmçinin turistləri Poxyonsa məbədi cəlb edir. Sanvon komaları, Kımqvan, Xabiroda diqqəti cəlb edən obyektlərdəndir. Ryonmun mağarası süni şəkildə turistlər üçün hazırlanmışdır.

Myoxyansan dağında dünyada böyük xəzinə kimi status almış Dostluğun Beynəlxalq Sərgisi təşkil olunur. Sərgidə hökumətin idarəsinin bütün illəri, həmçinin Koreya Xalq Demokratik Respublikasının rəhbərləri tərəfindən alınmış hədiyyələr turistlərə və əhaliyə nümayiş olunur. Böyük bina hədiyyələrin sərgisini təqdim edir. Burada siz Kim Er Senin və kiçik Kim Çen İrin sərgiyə təqdim etdikləri hədiyyələri görə bilərsiniz.

"Xyansan" mehmanxanası zəngin ziyarətçilərə xidmət edir. "Çxonçxon" mehmanxanası isə — orta sinifin nümayəndələrini qəbul etmək üçün yaradılmışdır.

  1. "Peakbagger.com". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-11-09.
  2. "Unesco, Mount Myohyang, Democratic People's Republic of Korea". 2016-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-01.
  3. "Mount Myohyang". Important Bird Areas factsheet. BirdLife International. 2013. 2013-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-012.
  4. Revkin, Andrew C. "The New York Times". Dotearth.blogs.nytimes.com. 2009-05-26. 2013-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-21.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]